Əxlaq haqqında söhbət

04.02.13

Mübariz Göyüşlü: Polis zabitinin 24 yaşlı oğlu qız üstündə öz dostunun başını kəsərək öldürüb. Gün ərzində bu və buna oxşar müxtəlif xəbərləri oxumağımıza və eşitməyimizə baxmayaraq yenə də dəhşətlidir...

Aydın Əlizadə: Ay Mübariz bəy, "qeyrət" üstündə arvadı, bacını, yaxın quhumunu öldürənlari bir “igid”, “kişi adam” kimi dəyərləndirən millətdən daha nə gözləyirsən? Qatillik ortaçağlardan bu günə kimi bir psixoloji durum kimi bu millətdə qalmaqdadır. "Qeyrət" üçün öldürməyən kimsə də bunu başqasında görəndə alqışlayır. Bu da onun cinayətdə payı olmasıdır. Çünki cinayəti alqışlayan kəs o cinayətin dolayısı ilə iştirakçısıdır.Bu "qeyrət" psixologiyası nə qədər varsa, o qədər də vəhşilik olacaq.

Alp Arslan: Məncə qeyrətsizliyin cəzasi verilməsə qəyrətsizlərin ayağı yer alar. Heş kim zorama cinayəti torədənə səssiz qalmamal idi. Nə qədər səssiz qalsaq o qədər coxalar. Cinayətin sanksiyasını təkcə dövlət deyil, cəmiyyət də tətbiq etməlidir.

Aydın Əlizadə: Siz linç məhkəməsinə çağırırsınız. Halbuki "qeyrətsiz" kimdir? Özü rüşvətxor, yalançı, avara və s. başqasına qadınlara kiminləsə gəzdiyinə görə qeyrətsiz deyir. Bu qeyrətdir? Hər bir adam istədiyi kimi yaşamalıdır. Onun həyatına girmək özü qeyrətsizlikdir. Öldürmək isə vəhşilikdir.

Alp Arslan: Istək nədir? Kimisə zorlamaq bu istəkdir? Mənim azadlıqlarım başlayan yerdə səninki bitir. Mən huquqşunasam və bu siz dediklərinizin təlimlərinin inkişaf tarixlərini yaxşı bilirəm. Aydın bəy, mən bu xəbərin məzmununu dəqiq bilmirəm. Mən cəmiyyətə, əxlaqa zidd olan cinayətlərdən danışıram. Onlarin sanksiyalarından.

Aydın Əlizadə: Əxlaq nədir? Tərifini verin.

Alp Arslan: Cəmiyyətin ümumi davraniş qaydaları. Sənində mənim də hüquqlarımı qorumalı olan sosial norma.

Aydın Əlizadə: Düzdür. Elə tərif də göstərir ki, bu anlayış nisbidir. Cəmiyyətdən cəmiyyətə, fərddən fərdə, zamandan zamana bu anlayış fərqli olur. Əxlaqın bir meyarı, konkretliyi yoxdur. Belədirsə, kim mənə əxlaqı qoya bilər? Mənim öz əxlaqım var, ona heç kəs girə bilməz. Elə girə girə cəmiyyətdə diktaturanı, dözümsüzlüyü özümüz yaratmışıq. Sonra da deyirik kimsə suçludur. Yox, azad olmayan cəmiyyət geridə qalmağa məhkumdur.

Alp Arslan: Aydın bəy, hər halda kiminsə sizin oturduğunuz park skamyasında kimsə bərk səslə musiqiyə qulaq assa sizə xoş olmaz. Bu ona xoş ola bilər. Amma başqalarına xoş deyil. Bax sosial normalar bunu əngələmək ucundur.

Aydın Əlizadə: Bununla razıyam. Əgər bir adamın davranışı başqa adamların həyatına, sağlamlığına, rahatlığına ziyan verirsə, onda siz haqlısınız. Bu yoxdursa, heç kimin ixtiyarı yoxdur ki, insanın şəxsi həyatına girsin.

Сайт управляется системой uCoz