Turxan Huseynli (T. H.): "İslamiyyətdən kənara çıxsaq, fəlakət bizi gözləyir. Nə sosializmin, nə də demokratizmin ümdə əqidələri İslamla müxalif deyil. Əksinə, İslamın müqəddəs qaydaları ilə eyni uyğunluqdadır... Hər nə olmalıyız olaq, fəqət islamiyyət üzrə olaq ki, bu, eyni insaniyyətdir."(Məmməd Əmin Rəsulzadə..”Əsərləri, I cild, “Hümmətür-rical təqləül-cibal”)
Aydın Əlizadə (A. A.): Əlbəttə İslamsız bizim millət düşünülməz. Bunu anlamayanın düşüncəsi yoxdur sadəcə. Ancaq İslamı bizim zamanımıza uyğunlaşdırmaq problemi vardır. Bax bu problemi hələ heç kim uğurla çözə bilməmişdir. İslahatçılığa cəhdlər uğursuz olmuşdur. İslahat olmasa isə klassik İslamla irəliləmək mümkün deyil. Bunu artıq neçə yüzillik geriləmə tarixi göstərir.
Atatürk, Rəsulzadə, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir və başqaları nə etməli idilər? Ya etdiklərini etməli, ya da türklər xəritədən silinməli idilər o köhnəlmiş həyatları ilə. Osmanlı ilə Qacarlar nə gündə idilər. Dünyanın ən biyabırçı ölkələri idilər. Əgər bunlar Xilafət idisə, onda yazıqlar olsun bizə.
Şahin Huseynli (Ş. H.): Bu sözlərin üstündən bir əsrə
yaxın vaxt keçib və bu bir əsr gostərdi ki, islamdan məhz kənara cıxmalıyıq. Necə
ki, xristianlığı kilsəyə qapatdılar, İslamı da məscidə qapatmalıyıq. Bunun başqa
yolu yoxdur. Sənin inancına bir söz demirəm, ancaq Islamı nə iləsə calaq etməklə
heç nəyə varan deyilik. Ən yaxşi halda Turkiyə, ən pis halda Iran olacaq. Ən təmiz
yol laiklikdir.
T. H.: Şahin, bu bir əsr nəyi gostərdi?
Bu bir əsrdə Azərbaycanda İslam var idi ki, nəsə də göstərsin? SSRI İslamı
silmişdi Azərbaycanda, əsər-əlamət də qalmamışdı.
Xristianlıq
və İslam analogiyası isə yanlışdır, çunki Avropa xristianlıqdan uzaqlaşaraq
inkişaf etdi, İslam dünyası isə İslamdan uzaqlaşaraq tənəzzül etdi. Söhbət
tarixdən gedirsə, onda tarixdən bilmək olur ki, müsəlmanların ən güclu dövrü məhz
İslamin ən güclü yaşandığı dövrlər olub.
Yeri
gəlmişkən, Avropa Xristianlığı yox, xristian rahiblərinin səlahiyyətini və
Vatikanın gücünü kilisəyə qapatdi.
A. A.: Yaxşı. ay bəylər. Azərbaycanda İslam yox idi. Hamı da İslamnan uzaqlaşdı. İslam ilk illərdə idi. Onda nə çıxır? Deməli İslam heç yoxdur, ilk əsrlərdən başqa olmayıb. Belə isə biz nəyi quraq, kimdən örnək alaq? Bi ilk əsrlər məntiqini anlamırım. Bunu deyəndə deməli yoxdur də. Min il öncə çox çey var idi. İndi yoxdursa deməli yoxluqdur.
Yəni İslamı xalqımın mədəniyyətinin bir parçası kimi görürəm. Ancaq bundan artıq heç nə. Gəlin mədəniyyətimizi inkişaf etdirək. Ancaq dünyada bu zamanın təməbləri ilə yaşamaq lazımdır, xəyalda olan "ilk əsrlərlə" yox.
İndi kimnən öyrənək? İrandan? Bəlkə Talibandan? Yoxsa Sudandan? Yoxsa Əl-Qaidədən? Bəlkə çeçen əmirliyindən? Budur mu sizin örnək göstərdiyiniz İslam?
Elvusal Mammedov (E. M.): Bəzi dünyəvi-liberal yoldaşlar istəyirlər ki, bizlərə istədiklərini diktə etsinlər, islamı istədikləri kimi yozsunlar. Onlar deyirlər: Bizi "Mənə "Allahdan qorx"- deyənin boynunu vuraram" - söyləmiş Həccac Səqəfinin dövrünəmi, Budda heykəllərini dağıdan Taliblərin zamanınamı qaytarmaq istəyirsiniz? Bu yoldaşlar şəxslərin səhvlərini islama yükləyirlər, tarixi hadisələri dəyərlərlə səhv salırlar.
Onlara deyirik: Nə üçün “Allahdan qorx” deyildiyi zaman “Siz bu sözü mənə deməsəniz, mən də bu sözü sizdən dinləməsəm, nə sizdə, nə də məndə xeyir vardır” – söyləyən xəlifədən danışmırsınız?! Nə üçün “Allaha itaət etdiyim işlərdə mənə itaət edin. Asilik edərəmsə, itaət göstərməyin. Yaxşı xəlifə olsam, mənə kömək edin, asilik etsəm, məni doğru yola istiqamətləndirin.” – deyən Əbubəkri nümunə göstərmirsiniz? Nə üçün ədaləti dillərə dastan olmuş Hz. Ömərin zamanındakı sosial ədalətdən danışmırsınız?! O Ömər ki, deyirdi: “Kim məndə bir əyrilik görərsə, düzəltsin” Deyirlər: “Bunu görsək, qılıncla düzəldərəik”. Deyir: “Allaha şükür olsun ki, Ömərin rəiyyəti arasında onun əyriliklərini qılıncla düzəldəcək şəxslər vardır”.
Ş. H.: Islam
dünyası Islamdan nə vaxt uzaqlaşıb? Hal hazırda Axundovun "Kəmalüddövlə məktubları"nı
oxuyuram. Bu dövrdəki İslamla o zamankı Islam arasında hec bir fərq yoxdur. Günahı
SSRİ-nin üstünə atmaq lazım deyil. SSRİ özunə sərf edəcək qədər İslama əngəl
oldu, amma biz hec vaxt İslamdan uzaq düşmədik, müstəqillik qazanandan sonra da
Islamın tez bir zamanda cicəklənməsi də məhz SSRİ dövründə İslamdan tam
qopmamağımızın göstəricisidir. Bir sözlə, əgər biz dünyəvi dövlət qurmaq istəyiriksə,
Islamdan örnək alınası hec bir şey yoxdur. Yox dini dövlət qurmaq istəyiriksə,
o başqa məsələ.
E. M.: İslamı İqballardan, Əmarələrdən, Nədvilərdən, Vəhidəddinlərdən, Ülvanilərdən, Qəzalilərdən, Zəkilərdən, Həmidullahlardan, Karamanlardan, Hüseynzadələrdən... (siyahını uzatmaq mümkündür) oxumadıqca, ona kənardan deyil, əks tərəfdən baxdıqca bu cür yanaşmaların hələ çox şahidi olacağıq!
A. A.: Yaxşı, Elvüsal bəy. Siz bir dənə inkişaf etmiş İslam quruluşlu, şəriətli-fiqhli ölkəni göstərin, biz də deyək yanılırıq. Bu yoxdursa, o İqballar, Nədvilər Platon kimi xəyali ideallardır.
E. M.: Aydın bəy, geridə qalmış Şərqə baxdıqda xurafat və zay adət-ənənələrin sirayət etdiyi şəriətin şahidi oluruq. İslam dünyasını geriyə salan əsas amil islama münasibətdə müsəlman zehniyyətinin təhrifə uğramasıdır. Əgər islam geriliyə rəvac versəydi, ona ən üstün formada riayət edildiyi bir zamanda Müsəlman intibahı deyilən şey baş verməzdi... İnkişaf məsələsinə gəlincə, nədənsə bunu təktərəfli təqdim edirlər...
A. A.: Elvüsal bəy, yəni yanaşmada suallar verilməli, nəticələr məntiqlə çıxarılmalıdır. İslam mədəniyyətdir? Bəli. İslam mənəviyyatdır? Bəli. Ancaq İslam iqtisadiyyatdır? Yox, çünki heç bir üğurlu nəticə yoxdur. İslam siyasətdir? Yox. Çünki uğurları yoxdur. Buna görə dünyavi işlərdə dünyavi olunmalı. Çünki başqa örnək yoxdur. Mədəniyyət və mənəviyyatda isə müsəlman, çünki bu var.
E. M.: İslamın siyasət və ya iqtisadiyyat olduğunu iddia edənlər yanılırlar. İslam siyasi və iqtisadi metodlara, modellərə qarışmır, amma onları insanlığın mənafeyinə xidmət edəcək dəyərlərlə təmin edir... Vəssəlam!
A. A.: Hələ, onu da demək gərəkdir ki, İrana çox sağol. O olmasaydı biz İslamın ictimai-siyasi modelindən bir söz deyə bilməzdik. İran ən yaxşı örnəkdir bu barədə. Başqaları İranın heç həndəvərinə gəlib çıxmayıblar - əfqanlar, sadanlılar, somalilər və s. Ancaq ən yaxşı İslam modeli olan İran - Avropadan, Averika, Yaponiya, Çindən 50-100 il geridədir.
E. M.: Çünki İrana müsəlmanlar qırx ildir ki rəhbərlik edirlər... 40 il üçün bu nailiyyətlər hələ çoxdur...
A. A.: Nailiyyətlər nədir? Örnək üçün Çin də elə 70-ci illərin sonlarından başlayaraq iqtisadi dəyişikliklər edib bu günkü günə gəldi. İndi İran hara Çin hara? Halbuki o çinlilər heç bilmirlər İslam nədir.
E. M.: Avropanın tərəqqisini heç kəs inkar etmir, Amma Avropada indi düşünürlər ki, xoşbəxtlik indeksi heç də hər bir avropalı üçün reallaşmayıb. Odur ki inkişafın modelləri üzərində iş aparılır, təktərəfli (maddi-iqtisadi) inkişafın qeyri-universallığı yaxşı anlaşılır... Qərbə bu qədər də fanatik dərəcədə bağlanmaq daha çox ekspressiv mövqeni əks etdirir...
A. A.: Elvüsal bəy, kim istəmir ki, biz də irəliləyək? Ancaq təəssüf ki reallıq başqadır. O xəyali söhbətlər gerçəkliyi dəyişmir. Örnək olmayana qədər bütün mülahizələr yalnız nəzəri olaraq qalacaq. Belə isə, elə Avropa, Amerika, Çin, Koreya, Yaponiya yolu ilə gedilməlidir. İkinci dəfə velosipedi ixtira etmək olmur, çünki o artıq var. Bu da belə. Bir şey ki var, onu da götürməlisən. Götürməsən itirəcəksən. Bunu tarix göstərir. Yəni İslam içimizdə, yaşam isə dünya axarı ilə olmalıdır.
E. M.:Aydın müəllim, islam təcrübi və dünyəvi olan heç bir şeyin modelini təqdim etmir, əksinə, bayaq qeyd edildiyi kimi, onun dəyərlər çərçivəsində reallaşmasına diqqət yetirir. Kimyəvi reaksiyaların necə aparılmasını din bizə öyrətmir, bunu bizə kimya öyrədir, amma din bildirir ki, bu reaksiyaların nəticələri insanlığa xidmət etməlidir, bir saniyədə minləri öldürəcək maddənlərin alınmasına xidmət etməməlidir. Din inkişafın detallarına qarışmır, əksinə ona aksiloji çərçivə qazandırır. Dini yalnız vicdan məsələsi və ya müəssisə xarakterli adlandırmaq ideolojidir, obyektiv mahiyyət daşımır... İslamı bu mənada düzgün başa düşdükləri üçün erkən dövrdə İslam coğrafiyasında müxtəlif sahəli inkişafın baş verməsi labüd olmuşdur... İndiki zamanda hansı ölkənin dövlət təsisatlarında islam düzgün başa düşülüb ki, inkişafın əyləcini bassın?!
Fuad Gulubəyli: Benəva Məmmədəmin Rəsulzadə də o vaxtkı bir siyasət adamı olaraq o vaxt da cəmiyyətdə hakim olan İslamın girovunda qalmağa məcbur idi. Elə eynən indiki mühafizəkar hakimiyyət və elə müxalifət kimi. Cəmiyyətin böyük hissəsini inanc gətirdiyi dinlə bağlı ən tərrəqqipərvər siyasətçilər belə qeyri-səmimi ifadələr verməyə məcbur olublar. Yeri gələndə elə bizim hamımız dediyi dünyəvilik modeli, dinin dövlətdən ayırılması ideyalarını da Rəsulzadə tərəfindən dəfələrlə ifadə edilib və bununla bağlı net olaraq fikrlərini bildirib. Bir şey aydındır ki, böyük Rəsulzadəmiz islam cumhuriyyəti qurmaq arzusunda olmayıb. Ona görə indi Ondan belə sitatları gətirməklə islam propoqandası aparmağa ehtiyac yoxdur. Rəsulzadənin fəaliyyətini obyektiv şəkildə öyrənənlər onun dinə və respublikaçılıq prinsiplərinə olan mövqeini onsuz da bilirlər.