25 may 2012
Maraqlı bir söhbətə qoşuldum. Söhbətə qatılanlar bu şəkili şərh edərək Azərbaycanda hər şeyin pis olmasına vurğu edirdilər. Mən də razıyam ki, problemlərimiz var. Ancaq pislikləri bu kimi ziddiyətli və kommunist sayağı da vermək olmaz. Həqiqətə bənzəmir. Rəşad Həsənov.: Kaş bu səkili yukləməzdim, cox pis oldum. Kənan Dalğa: Söz tapa bilmirəm yazmağa. Gozlərim doldu. Aydın Əlizadə (A.Ə.): Anlamadım. Bu kimi durumlar dünyanın hər yerində var. Bu dünya bərabərsizliyin əsasında qurulub. Kiməsə hər şey, kiməsə heç nə. Kimsə güclü, kimsə gücsüz. Təbiətdə də belədir. Güçlü heyvan gücsüzü yeyir. Bu bir Allahın qoyduğu durumdur. Rasim Əbuislam (R. Ə): Allahın üstunə atmayın bir az düşunün. |
R. Ə: Deyəsən vəziyyətiniz yaxşıdır, ona gorə basqalarının caba etməsini xoşlayırsınız. Biz demirik ki bu qadına kiminsə yazığı gəlsin. Biz deyirik ki, o boyda tortu bisirməkdənsə bu qadının sosial vəziyyətini duzəltmək lazımdır ki, bura gəlib çıxmasın.
A. Ə.: Hamı cabalar göstərib həyatda yerini tutmalıdır. Nə sosial bərabərlik? Məgər təbiətdə bərabərlik var ki, insanlar da bir olsunlar? Elə kommunistlər də bunu deyib təbiətin qanununu pozdular. Ona görə də uçdular. Dünya öz qanunları ilə yaşayır. Onları pozmaq olmaz. Kiməsə hər şey, kiməsə heç nə. Bu əzəli bir qaydadır. Həmişə olub və olacaq.
Pünhan Əbdurəhimov (P.Ə): Hansı ədalət kitabda yazılıb ki Allah istəyir öz bəndəsi belə çətinliklər qarşısında qalsın?
A. Ə.: Ədalət kitabı dünyanın baxıntılarıdır. Bu dünya belədir, belə olub və olacaq. Sizin dedikləriniz kommunizmdən gələn xəyallardır. Dünyada bərabərlik yoxdur. Bu faktdır. Heç yerdə. Hər halda bu kimi görüntülər Azərbaycanın pis ölkə olduğunu göstərmir. Sözüm budur. Bu kadrları ən irəliləmiş ölkələrdə belə çəkmək olar.
P.Ə: Qardaşımız Quran ayəsi dedi. Yəni Allahın sözünü sizlərə catdırdı. Siz ədalətdən danışırsınız, amma Quranda siz deyənlər yoxdur.
Aydın Əlizadə: Ümumiyyətlə sizin dedikləriniz idealizmdir. Əslində dünya belə deyil və heç vaxt olmayacaq. Quranda belə deyilir ya yox, fərq etmir. Dünya belədir, qurtardı getti. Bunu da heç kim düzəltməyib. Ona görə də bu idealizminizlə həmişə narazı olacaqsınız. Lap bu rejim dəyişsə belə, yenə də bərabərsizlik olacaq və siz narazı olacaqsınız. Realist olmaq lazımdır.
R. Ə: Siz kimsiniz ki, sizin üçün Quranda deyilənin fərqi yoxdur? Özünüzü tanıtdırın bizə, sizinlə o cür danişaq. Əgər musəlmansınızsa musəlman kimi sohbət edək. Ya da materialist ya ateistsinizsə ordan danisaq. Hansi fəlsəfədən danısırsınız siz, bilinmir.
A. Ə.: Təkrar edirəm. Bu dünyanın heç bir yerində bərabarlik yoxdur - nə cəmiyyətdə, nə də təbiətdə. Ona görə də fərqi yoxdur məm müsəlmanam, ya ateistəm. Dünya belədir vəssalam.
R. Ə:: Mən başa düsmürəm ki necə də düşüncəsiz insanlar var bu "feysxanada". Haqqın tərəfində olmaqdan batilin tərəfindən səslənirlər. Mən hec nə bilmirəm. Amma onu bilirəm ki, mülk yalnız Allaha məxsusdur. Bütün yerlər və göylər Allaha məxsusdur. Onun gücü qarşısında hər şey acizdir.
A. Ə.: Bağışlayın, sinin yazdıqlarınız idealizm, xəyallar və romantizmdan başqa bir şey deyil. Siz ədalətdən danışırsınız, ancaq onun nə olmasını açıqlamırsınız. Məgər bacarıqsız, tənbəl, işə yaramayan insan hər şeyi edən, bacaran, bilən, işləyən adamla birdirmi? Nə üçün o onunla bərabər olmalıdır? Elə ədalətsizlik də budur. Sizin dedikləriniz əslində ədalətsizlikdir. Hamı bir ola bilməz, bu düzgün deyil. Ona görə də o qadın elə o cür də olmalıdır. Başqası isə saraylarda yaşamalıdır. Bu təbiət qanunudur.
Polislər isə sadəcə öz vəzifələrini yerinə yetirirlər. Onlara belə tapşırılıb, onlar da maaş alırlar. Ona görə də bu görüntülərdə hər şey normaldır. Belə də olmalıdır.