20 iyun 2013
Sevirəm mən siğə haqqında söhbətləri. Zaman-zaman bu barədə dartışıram.
Elə indicə bir arxadaş yenə də siğənin yasaq olması haqqında yazı
yazdı. Mən də girişdim onunla söhbətə.
Aydın Əlizadə (A. Ə.): Siğədən də ləzzətli şey ola bilər? Elə siğə üçün şiə olmağa dəyər.
Əkrəm Həsənov (Ə. H.): Siğə edincə elə al birini özün üçün yaşa da.
A. Ə.: Nəyə gərək o? Al birini tamam. Onda elə xristian olmaq yaxşıdır.
Nə fərqi var? İslama gəlməyin ləzzəti elə siğədir. Başqa şey deyil.
Ə. H.: Burada açıq yaza bilmirəm e. Siğə eləmək də bir neçə günlükdür,
onsuzda haqqını verirsən də. Elə haqqını verib zina eləməkdən fərqi
qalmır.
A. Ə.: Bu dəqiqə dünyada şəhərləşmə gedir. Ortaçağlar
qurtardı. Zaman dəyişib. Hətta sələfilər belə bunu anlayıb misyara yol
veriblər. Siğə elə bu dünya üçündür. Yoxsa tanıyıram mən mömin
sünniləri. Gedib orda-burda kəbin kəsib az sonra talaq edib, başqasına
keçirlər. Bu ikiüzlülükdənsə elə kişi kimi siğə etmək yaxşıdır. Heç
olmasa aldatmırsan heç kimi.
Ə. H.: Hə. Razıyam. İnanın heç biri düz deyil. Boşamaq olmaz axı. Bunu edənlər də düz etmirlər.
A. Ə.: Seksuallığın qarşısını heç kim ala bilməz. Bu real deyil, özüdə
bizim qloballaşan dünyada. Deməli nə qədər buna çox yol verilsə o qədər
doğrudur. Siğə elə bunun üçün bir yoldur. Yoxsa onsuzda seksuallıq
yayılır. Nə qədər haram desən belə.
Sonra məqər elə siğıdən
ibarətdir İslamın seksual prroblemi? Bəs 4 arvad? Bəs kənizlər (qulluğçu
kölə qadındır). Heç kəniz üçün evlilik bağlamaq da gərək deyil.
Ona görə mən anlamıram bu siğə dartışmalarını.
Ə. H.:Bu seksuallıq hisslərini uca Allah insana verib və bunun
normalarını, qaydalarını da insanlara göstərib. Normadan kənara çıxmaqla
cəmiyyət fəsada doğru gedir.
A. Ə.: Çox advadla yaşamaq
peyğəmbərdən gəlib. Kənizlə də yaşamaq peyğəmbərdəndir. Daha bundan
sonra bu siğə nə problemdir sizin üçün anlamıram?
Siğəni
istəmirsiz istəməyin. Onsuzda sünnilər bunu çeşidli formalarda edirlər.
Bunun qarşısı da alınmazdır. Bu çür yazılar ancaq özünüaldatmadır.
Ə. H.: Bu cür yazıları yazmaqda fayda var. Gənclər oxuyub
tərbiyələnirlər. Hamı eyni deyil axı. Şiələrdən siğə etməyənlər olduğu
kimi sünnilərdən də başqa arvad almayan, çox arvadı olmayan, kəniz
saxlamaynlar çoxdur.
A. Ə.: Seksuallığın imana də dəxli var?
Pislik yalnız ərli qadınla ilişkiyə girməkdir. Başqa durumlarda nə
problem var? Boş qadındır. Hansı formada razılığa gəldin elə də et.
Burada nə problem var? Xristianlarda bəli. Orada bu seksuallığın
qarşısını alırlar. Ancaq bu nəyə gətirdi? Göz qabağındadır. İslamın elə
üstünlüyü seksual azadlığın çoxluğundadır.
Gəl ki müsəlmanlar
seksuallığı ənənələrinə, öz maraqlarına görə boğurlar, dinə görə yox.
Peyğəmbərdən bir şey görürük, müsəlmanlardan başqa şey. Elə şiələrdə
elədir. Siğədən çox danışarlar, ancaq əslində onu istəmirlər. Çünki
özlərindən qorxurlar. Daha demirlər ki, bu onsuzda var, heç özünüz də
çox vaxt xəbərsizsiniz olanda. Bu barədə "Şiələr nə üçün siğədən qorxur" məqaləsində demişəm.
Ə. H.: Ay Aydın müəllim! Allah sizə kömək olsun! Amin! İndi kəniz var? Kəniz 7-ci əsrdə qaldı.
A. Ə.: Nə üçün yoxdur kəniz? Odur, Suriyada fətvalar verilib ki, gedin şiələrin qızlarını tutun kəniz edin, kafirdilər deyə. Sonra Sudanda, Malidə, Qafqazda - hər yerdə buna icazə veriblər. Rus qızlarını kəniz edirlər. Sonra bir çox müftilərə görə şəriətlə yaşamayanların arvadları elə kəniz hökmündədir. Deməli kənizlik var və işləyir.
Vüsal Əliyev (V. Ə.): Qəlbləri bilən Allahdır. Kim ikiüzlülüklə edirsə o
da cavab verəcəkdir əməlinə görə.Allah və Rəsulu (Səllallahu əleyhi
vəssəlləm) bunu haram etmişse bunu halal görən həqiqətəndə həddini aşmış
kimsədir!
A. Ə.: Bağışlayın, kəbinsiz qadınla (kənizlə) seksə girməyi halal bilən üçün siğədə nə haramlıq ola bilər?
V. Ə.: Belə məsələlərdə mən Quran və Sünnəyə uyuram. Məntiqə uysam onda
siz yuxarıda vurğuladığınız kimi “Bu ikiüzlülükdənsə elə kişi kimi siğə
etmək yaxşıdır. Heç olmasa aldatmırsan heç kimi” qəbul edim, bu da
xətadir.
A. Ə.: Çox gözəl. Məntiqlə siz mənimlə razısınız. Bu
da əsasdır. Qaldı ki Quran-Sünnəyə, onları hamı bir çür yozur. Bilmirsən
kim doğrudur. Ona görə məntiq əsasdır. Çox sağolun.