Mömin: Allah insana alın yazisi deyə bir şey yazmamış. Bu cahillərin sozudür.
Cahil: Əgər Allahın alın yazısı yoxdur, onda Allahın heç dünyadan xəbəri yoxdur.
Mömin: Allah sizi hidayət etsin başqa hec nə demirəm. Mubahisə etmek de istemirəm.
Cahil: Cahillə nə mübahisə? Hidayət olunmuşa yaramaz. Cahilin bir məntiqi var ki, o boyda Allah kainatı yaradıb. Ancaq bu insanların etdiklərindən xəbəri yoxdur. Onda dünya tarixindən də Allahın xəbəri yoxdur. Məsələn, Allahın xəbəri yoxdur ki, Azərbaycanın prezidenti bu il kim olacaq.
Mömin: Sizə bir kitab mesləhət gorürəm, onu oxusaniz. Hər halda meə yazdiğimı başa düşərsiniz. Bu kitab Neccül-Bəlağadır.
Cahil: Allah bu dünyanı yaradıb. Bütün olayları da onun içində özü yaradıb, hər şeyi də bilir. İndi nə insan azadlığı var? Ö öncədən hər şeyi bilib qurubsa, onda bütün məsuliyyəti özü daşıyır. Bu hüquqda da belədir. Hüquqda cinayətə yol açan hər bir əməl cinayətdir. İndi Allah Stalini, Hitleri, manyakları yaradaraq, öncədən bilirdi ki, onlar cinayətkar olacaqlar. Buna baxmayaraq, onları yaratdı. Deməli əslində onların etdiklərinin məsuliyyətini ilk olaraq Allah, sonra isə onlar daşıyır.
Mömin: Kitabı oxuyun, sonra danişaq.
Cahil: Deyirsiniz ki, tale, alın yazısı yoxdur. İndi nə gözəl ki, müsılman olaraq yaradılmısınız, yaxşı ailədəsiniz. Bunları siz seçməmisiniz. Allah sizi bu mühitdə, bu ata-anadan yaradıb. İndi elə siz, bir Braziliyalı xristian ata-anadan nə cinayətkar ailədə doğulsaydınız, burada məni Nəccül-Bəlağa oxumağa deyil, Bibliya oxumaqa dəvət edərdiniz, ya da kücə uşaqlarına qoşulub cinayətkar olardınız. İndi siz olun ağıllı, mən olum cahil. Nə deyirəm?
Mömin: Mən ailələr tanıyıram, cinayətkardi, ancaq uşaqları elə gözəl saleh bəndələrdir ki, hətta siz onu tanısanız and icərsiz ki, bu uşaq bu ailədən cixmayıb. Ona gorə Allahın lütfünə inanın. Vallah peşman olmayacaqsız.
Cahil: Dediyiniz istisnalar ümumi qaydanı inkar etmir. Bundan başqa heç bir uşaq öz ata-anasını seçmir. Heç olmasa bəlkə burada taleni etiraf edəsiniz?
Bilirsiniz, doğru olanı etiraf etməsəniz, heç vaxt həqiqətə çatmazsınız. Dediklərim doğrudan da belədir. Siz özünüz də bunu bilirsiniz. Ancaq etiraf etməyə qorxursunuz. Çünki inancınızda problemlər yaranar. Buna görə də əslondə siz həqiqəti axtarmırsınız. Yalnız həqiqəti öz inancınıza uyğunlaşdırmaq istəyirsiniz. Bu da mümkün deyil. Sonra şeylərə olduğu kimi baxana, nağıllara inanmayanlara deyirsiniz cahil. İndi deyin də, nə deyirəm.
Mömin: Men cox teesuf edirem ki sizin kimi bir insan bu cur duwunur ve Allahi tanimaq istemir.
Cahil: Birincisi, mən Allahı hec yerdə inkar etməmişəm. İkicisi, mən sizə öz müşahidələrimi dedim. Siz isə, məni kitab oxumağa yollayırsınız. Bura oxu zalı deyil axı. Siz o kitabları oxumusuzsa, onda dediklərimə o kitablardan münasibət bildirin.