2 may 2013
Dilman Shahmerdanli (D. Ş.): İctimai televiziyanın saytında məktəb uşaqlarının tərbiyəsinə ciddi zərər vuran klip yayılıb.
Aydın Əlizadə (A. A.): Bilirsiniz, artıq zaman başqadır. Lap o televiziyada olmasa, internetdə hər şey olacaq. Buna heç kəs son qoya bilməz. İnternetdə uşaq pornosuna qədər hər şey var. O saytlara girişi kəssələr belə onsuzda adamlar başqa proqramları işlədib girəcəklər.
Örnək üçün bir iranlı qadınla yazışdım. Soruşdum necə Facebooka girib ki, o İranda indi bağlıdır? Dedi qoy nə qədər istəyirlər bağlasınlar onsuzda bizim giriş yollarımız çoxdur.
Buna görə də buna qarşı savaş açmağın heç bir faydası olmayacaq. O adamları vurub öldürsən belə xeyri olmayacaq. Çünki Qərb, Yapon, Çin, Afrika, Amerika, Avropa resursları var. onları heç kim bundan çəkindirə bilməz.
D. Ş.: Nə etməli,Aydin bəy? Göz görə-görə dəyərlərin çökməsinə şahid olaq? Bizə o dövlətlərmi deyir ki, klipdə belə sarsaq mövzu qoy.
A. A.: Ancaq maarifçilik, öz mövqeyinizi göstərmək, əxlaqsızlığın pis sonucları haqqında danışmaq, öz dini resurslarınızı yaratmaqdır yol. Yəni onlar öz işində, siz də öz işinizdə. Onlar sizə, siz də onlara heç nəyi yasaq edə bilməssiniz.
Seçim isə insanlarındır. Əgər onlar pisliyə getdilərsə, deməli siz pis işləyirsiniz. Əgər insanlar sizə tərəf gələrirlərsə, deməli onlar pis işləyir. Bu artıq rəqabətdir. Çağdaş dünyada üsullar dəyişib.
D. Ş.: Aydın bəy, dini bir kənara qoysaq da, elə şeylər var ki, o hər kəs tərəfindən qəbul olunur. Bax, siz Sovet dövründə yaşamısınız. Dinsiz dövlət idi, amma ümumi dəyərlər var idi. TV-lərtdə hər şey verilmirdi, uşaqların vaxtından əvvəl cinsi məsələlərlə maraqlanmasının qarşısı alınırdı və s. Bizim orqanlardan umacağımız din deyil, sağlam ağlın tələbinə cavab verməkdir, bu qədər. O ki qaldı cəmiyyətin seçiminə, bir dəfə Fazil Mustafanın mətbuatda getmiş (onun yarısı verilişinin bağlanması ilə bağlı) yazıya cavab verərərək dedim ki, əslində cəmiyyətə biz nələrisə seçdiririk, cəmiyyətdə mənfiliklərə iştaha yaradan da bizik. Dövlət televiziyası deyir ki, biz kanalların işinə qarışmırıq. Çox gülməlidir. Məyər yiyəsizilikdir? Deyirlər ki, biz insan hüquqları və s. təşkilatların qarşısında öhdəlik götürmüşük. Ən böyük öhdəlik milətin milli-mənəvi dəyərlərini qoruma ilə bağlı nəsillər qarşısında verdiyi sözdür.
A. A.: İnformasiya, İnternet dönəmi başladısa, deməli yasaqlar dönəmi qurtardı. Nəyi yasaqlayarsınız ki, bütün dünya bir ovucdadır. Bu gün rəqabət dönəmidir. İfşa etmək, qadağan etmək, ağız yummaq, vurmaq, öldürmək zamanı deyil. Eləsən belə, heç bir şey əldə edə bilməyəcəksən. Dünyanın axarı budur.
D. Ş.: Onda Aydin bəy, axırımız çatıb. Niyə? Çünki biz heç zaman düzlüyü onların pislikləri cəmiyyətə yeritdiyi kimi çatdıra bilməyəcəyik bütün imkanlar onlardadır.
A. A.: Dilman bəy, siz doğru deyirsiniz, ancaq bizim televiziyada nəsə olmasa belə, istəyən ona internetdə baxacaq. Nə edək, reallıq budur. Yəni xeyri yoxdur. Ancaq gərək öz baxışlarınla rəqabət formasında çıxış edəsən.
Ağabala Mehdiyev: Aydın bəy, söhbət internetdə olanlardan getmir. Sadaladığınız şeylər bəli, hər yerdə var, amma ora hami girirmi? Mən, yadımda deyil o gunlərdə kiminsə statusunda oxudum ki, neçə il bundan qabaq Ingiltərədə belə bir reklama görə (əlbəttə belə də yox, bundan da az təlqin yüku olan bir reklama gorə) insanlar şirkəti məhkəməyə verib, böyuk qalmaqal yaşanıb. Amma bizdə insanlar üçun bu təsəvvür yoxdur... Digər tərəfdən, Aydin bəy, hər şeyi rəqabət məhv edə bilməz. Cəmiyyətin dəyərlərini hansısa reklam çarxı məhv ədə bilməz və buna heç yerdə icazə verilmir.
A. A.: Ağabala bəy, yaxşı, Azərbaycan TV-si oldu super. Sonra? Bu hamı üçün daha da çox darıxdırıcı olacaq. Elə indi də çoxları ona baxmır. Orada siz deyən əxlaq olsa, onda heç baxmayacaqlar, onlar müflis olacaq. İnsanlar isə daha da çox internetə üz verəcəklər. Yəni burada iqtisadi problmlər də var. Hər şey super olsa baxanlar qaçacaq.
Məsələn İranda olanda gördüm gizli antenləri. Dedim ki onunla nəyə baxırsınız? Dedilər Türkiyə və Azərbaycana, ingilisi bilənlər Amerikaya. Dedim bəs İran kanalları necə? Gülüb dedilər ki onlara baxmaq olmur, yatırıq. İndi o boyda İslam ölkəsi bacarmırsa, siz nə edə bilərsiniz?
Bir də bağışlayın məni bir statistikanı demək istəyirən. Deməli porno saytlara girişlərin ölkələr üzrə rəqəmləri açıqlanmışdır. Orada elə müsəlman ölkələrindən girişlər birinci sıralarda idi - Pakistan, Ərəb ölkələri və s. Niyə? Çünki özlərində qadağanlar çoxdur. Yəni bununla heç nə əldə etmək olmur. Ancaq dünyada daha da biyabır olursan.
Bundan başqa, informasiya texnologiyaları da getdikcə inkişaf edir. Artıq kiçik çiplər ixtira olunur. Bir azdan sonra İran ya Çin kimi ölkələr bütün interneti qadağan etsələr də fayda olmayacaq. O kiçik qəbuledicilərlə birbaşa Avropa, Afrika, Amerikadan resurslara girəcəklər. Artıq ölkə tam gücsüz olacaq. Buna lap az qalıb.
Buna görə də yeni çağda yeni üsullar ortalığa qoyulmalıdır. Artıq dünyanın axarı dəyişib. Qadağanlarla heç nə etmək mümkün deyil, gələcəkdə isə bundan betər olacaq. Ancaq rəqabət dünyasıdır bu. Rəqabətə dözməyən ortalıqdan çıxır.
Buna görə də üsullar dəyişməli, klassik yanaşmalar yenilərlə dəyişməli, İstedadlı kadrlar, müasir düşüncəli adamlar, iş prinsipləri - hər şey yenilənməli, rəqabətə davamlı olmalıdır. Yoxsa elə köhnə üsulda qal, hər şeyi qadağan et - bununla hara gedəcəksən? Keçib o zamanlar. Özüdə yenilik təkcə geyimi əbadan qalstuklu kostyuma dəyişmək deyil, mahiyyətcə hər şey dəyişməlidir. Ümumiyyətlə İslam dininin köklü islahatlara ehtiyacı çoxdan var. Ancaq getmir. Getmədikcə də zamanla uyuşa bilməyəcək.