Mədəniyyətşünaslığın predmeti və əhəmiyyəti, humanitar elmlər sistemində onun yeri

Mədəniyyət nədir, insan və cəmiyyət həyatında onun rolu nədən ibarətdir?

Mədəniyyət sözü hamıya məlumdur və onu hər kəs bilir və işlədir. лİnsan mədəniyyəti╗, лsiyasi mədəniyyət╗, лdanışıq mədəniyyəti╗ və s. Anlayışlar məişətdə çox işlənməkdədir. Gündəlik məişət həyatında incəsənətə meylli olmaq, teart və muzeylərə getmək mədəniyyətli adamların xüsusiyyəti kimi qəbul olunur. ╟ox vaxt mədəniyyəti лtərbiyə╗, лsavad╗, лziyalılıq╗ mənalarında başa düşürlər.

Beləliklə, лmədəniyyət╗ sözü və anlayışı hamıya məlum olsa da, qeyri-müəyyən və mücərrəddir. Əksər hallarda onu tərifini bilmədən işlədirlər. Lakin elmdə bu cür mücərrədlik qəbul edilməzdir və hər şeyin dəqiq tərifi verilməlidir. Bir çox hallarda olduğu kimi bu anlayışın müxtəlif tərifləri vardır:

Mədəniyyət İnsan və cəmiyyətin müəyyən tarixi inkişafının səviyyəsini əks etdirən və gələcək nəsillərə verilən maddi və mənəvi dəyərlərin, insanların və fəaliyyətinin qaydaların üsullarının məcmusu, birləşməsidir;
Mədəniyyət - tarixi inkişafda olan insan fəaliyyətinin qeyri bioloji proqramlar sistemidir. Bu proqramlar sosial həyatın durumunun saxlanılması və dəyişilməsinin şərtidir.
Mədəniyyət - insanın mövcudluğunun üsullarının, nizamlayıcılarının və nəticələrinin həcminin tərkibi olan mühüm məlumatın nəsildən nəsilə ötürülmə genetik mexanizmi.

Mədəniyyət bir anlayış kimi müəyyən tarixi dövrlərin, cəmiyyətlərin, millətlərin; fəaliyyət sahələrinin, həyatın xarakteristikası kimi də başa düşülür.
Mədəniyyətin subyekti insandır, çünki yalnıx o onu yaradıb yaşadır. İnsanı heyvanlardan ayıran əsas və həlledici meyyar Ц mədəniyyətdir. Mədəniyyətin obyekti isə təbiətdir.

Mədəniyyət ərəb sözüdür. Latınca лkültür╗dür. Bu söz лbecərmə╗ kimi tərcümə olunur. Məsələn, лcultura agri╗ yerin, лcultura animi╗ mənəviyyatın becərilsəsi deməkdir. Buradan məlum olur ki, yerin becərilmədən sonra məhsul verdiyi kimi, insan mənəviyyatı da becəriləndən sonra mənəvi məhsul verir.
Mədəniyyət düşüncənin qəlibləşmiş və etalon düşüncə tərzindən ibarətdir ki, o simvollar vasitəsi ilə alınır və ötürülür. Bu simvollar insan cəmiyyətinin nailiyyətlərini əks etdirir.

Hər bir sistemdə olduğu kimi, mədəniyyətin də nüvəsi və budaqları vardır. Nüvə tarixən formalaşmış ənənəvi anlayışlar və maddi varlıqlardır. Onlar nəsildən nəsilə keçir. Budaqlar isə bunlara bağlı olan dəyərlərdir ki, onlar hər bir şəxsin və cəmiyyətin davranışını və fəaliyyətini, habelə düşüncə tərzinin və biliyinin əsasını təşkil edir. Bütün bu kompleks mədəniyyət adlanır.

Eyni zamanda mədəniyyət insan inkişafının sifəti olaraq ictimai inkişafla üst-üstə düşür.

Hər bir insan üçün mədəniyyət anlayışının daxili və xarici baxışları vardır. Daxili baxış Ц mövcud mədəniyyətin daxilində olmaq, onun ab-havasını almaqdır. İllər boyu bir millətin, ölkənin tərkibində anadan olub yaşayaraq, onların mədəniyyəti də adiləşir, doğmalaşır. Lakin başqa mədəniyyətlərə nəzər salanda insan bir növ ona tədqiqatçı nöqteyi-nəzərindən baxır, çünki onlar bu insan üçün yaddır. Qədim mədəniyyətləri tədqiq edərkən də bu hisslər yaranır. Bütüt bunlar xarici baxışdır.

╟ox vaxt insanda mədəni eqoizm da inkişaf etmiş olur. Bir mədəniyyətin daxilində tərbiyyə alan Adam bəzən başqa mədəniyyətin adamlarına təəccüb hissi ilə baxır, onları anlamır, özünü onlardan daha üstün hesab edir. Bəzən isə əksinə, başqalarına baxdıqca öz mədəniyyətini tam, ya da qismən başqalarından əskik şəkildə qörür, başqalarına həsəd aparıb, onlar kimi olmaq istəyir.
Eyni zamanda müxtəlif mədəniyyətlər bir-birinə qarışır və nailiyyətləri ilə bölüşürlər. Bu proses qədim zamanlardan bəri gedir, lakin son zamanlar daha da intensivləşmişdir. Buna səbəb qloballaşma proseslərinin dərinləşməsidir. Müasir zamanlarda mədəniyyətlərin fövqündə duran yeni bir formasiya yaranmaqdadır. Bu formasiyada bir çox ənənələr bir-birinə yaxınlaşır, eyniləşir, bir çox hallarda isə ortalıqdan çıxır. Vahid bəşəriyyətin yaradılması proektləridə vardır. Buna yardım edən muasir kommunikasiyalar və informasiya vasitələridir.

Bununla belə əks proseslərdə getməkdədir. Bəzi hallarda öz Milli dəyərlərinə qayıdış ideyaları səslənir və tətbiq olunur.
Mədəniyyətşünaslıq elminin məqsədi bu cür ifrat mövqelərdən yayınaraq müxtəlif mədəniyyətlərə obyektiv, düşüncə nöqteyi-nəzərindən yanaşmaqdan, bu fenomenlərə olduğu kimi qiymət verilməsindən ibarətdir.

Mədəni irsin qorunub saxlanması və istifadə edilməsinin zəruriliyi

Mədəni dəyərlər millətin, dövlətin sərvətidir və xalqların Milli-mədəni həyatında və dünyagöruşündə mühüm rol oünayır. Buna jörə də hər bir normal dövlət onu qorumaca çalışır.

Qorunmalı olan obyektlərin siyahısı geniş olur, çünki mədəniyyətin özü geniş anlayışdır. Bu obyektlər daşınan və daşınmaz, mənəvi və maddi olur. Əhəmiyyət baxımından da mədəni dəyərlər ümumbəşəri və yerli ola bilər.

Dövlətlər mədəni obcyektlərin qorunması ilə bərabər, onları yiyəsinə qaytarılmasını da təmin etməlidirlər (qanunsuz aparılıblarsa). Bu sahədə UNESKO kimi beynəlxalq təşkilatlar fəaliyyət göstərir.

 

Mədəniyyətşünaslığın predmeti, vəzifəsi, strukturu və tədqiqat metodu

Mədəniyyəti tədqiq edən elmə mədəniyyətşünaslıq, yaxud mədəniyyətşünaslıq və ya mədəniyyət nəzəriyyəsi deyilir. Başqa sözlə mədəniyyətşünaslıq mədəniyyətin varlığı, qanunauyğunluqları, inkişafı haqqında elmdir. Mədəniyyətşünaslıq fəlsəfə, tarix, dilçilik, etnoqrafiya, din, sosioloqiya mədəniyyət və incəsənətin qovşağında yerləşən bir elmdir.

Mədəniyyətşünaslığın strukturu, metodları və başya elmlərə münasibəti mübahisə obyektidir. Bəzi müəlliflər onu bir neçə müstəqil elmlərin birləşməsindən ibarət olducunu iddia edirlər. Buna səbəb Mədəniyyətşünaslığın çox geniş sahəni əhatə etməsi, daxili ziddiyətləri və mürəkkəbliyidir.
▄mumiyyətlə struktur baxımından mədəniyyətşünaslıq 3 bölmədən ibarətdir.

1. Mədəniyyətin nəzəriyyəsi (mədəniyyətin inkişafının, varlıcının, qanuna uyğunluqlarının, qanunlarının ən ümumi prinsiplərini tədqiq edir).
2. Mədəniyyətin tarixi (müxtəlif dövrlərin mədəniyyətlərin xüsusiyyətlərini tədqiq edir).

3. Tətbiqi mədəniyyətşünaslıq (əldə olunan təticələrin həyatda tətbiq olunması imkanlarını tədqiq edir).

Hal hazırda kulturologiya məqsədlər baxımından bir birindən fərqlənən iki cərəyana bölünür. Birincisi humanitar mədəniyyətşünaslıqdır. O mədəniyyətin daxili qanunauyğunluqlarını və ədəbiyyat, incəsənət, dil mifologiya, din, ideologiya, əxlaq, elm kimi strukturları tədqiq edir.

İkincisi isə sosial mədəniyyətşünaslıqdır. Burada cəmiyyətin mədəni həyatı hisslərə qapılmadan obyektiv analitik tərzdə tədqiq olunur. Bu cür yanaşma mədəniyyət fenomenlərini başqa elmlərlə müqayisə etmək imkanı verir.

Mədəniyyətşünaslığın metodu vardır. Tədqiqat sualların qoyuluşu ilə başlayır, problemlər ifadə olunur. Sonra problemlərə məntiqi baxımdan yanaşılır. Burada tədqiqatçı mədəniyyətlərə ümumi nəzər yetirir, başqa mədəniyyətlərlə müqayisə edir. Daha sonra tədqiqat tarixi səpkidə davam etdirilir. Burada mədəniyyətin necə yaranması, onun hansı mərhəhələrdən keçməsi və hal hazırdakı vəziyyəti nəzərdən keçirilir.

Mədəniyyətin kommunikativ (əlaqələndirmə) tənzimləmə və dəyərləndirmə funksiyaları

Funksiya sözü ilə ictimai elmlərdə ictimai sistemin hansısa elementinin təyini (nəyə gərəkli olducunu) mövcud olmasının məqsədi kimi başa düşülür.
Mədəniyyətin bir neçə funksiyası vardır:

1. Adaptasiya Ц insanın ətraf mühitə uyğunlaşması. Heyvanlardan fərqli olaraq, insan ətraf mühitə bir tərəfli tabe olmur. O həmdə onu öz tələbatlarına uyğun ediv, özü üçün subyektiv süni mühit yaradır.
2. Kommunikasiya Ц insanlar arasında ünsiyyət yaradılması.
3. İnteqrasiya Ц mədəniyyət müxtəlif insanları birləşdirir, milli birlik, vahid düyyagörüşü yaradır. Din də bu qəbildəndir.
4. İctimai Ц mədəniyyət fərdlərin ictimai həyata cəlb olunmasını təmin edir. Bura ictimai təcrübə, dəyərlər, tərbiə və s. Daxildir.
5. İnformasiya Ц insanlara xas olan biliklərin bir birinə ötürülməsi. Heyvanlardan fərqli olaraq, insanlarda təbiət üstü informasiyaların yığılması prosesi gedir. Bu informasiyalar insanların ölümü ilə bitmir, başqa nəsillərə keçi rvə inkişaf edir.

Mədəniyyətin növləri: maddi və mənəvi mədəniyyət, onların elementləri

Mədəniyyətin iki növü vardır:

1. Maddi mədəniyyət. O da öz növbəsində istehsal-texnoloji (insanın əmək fəaliyyəti) və insan nəsilinin artması (kişi-qadın münasibətləri nəticəsində) növlərinə bölünür. Bura təkcə istehsal-artım məhsulu deyil həm də onları həyata gətirət şərait aiddir.
2. Mənəvi mədəniyyət. Bura mənəvi məhsulun hər növü daxildir (incəsənət, fəlsəfə, elm və s.).
Beləliklə mədəniyyətin məzmunu bütövlükdə insan fəaliyyətini əhatə edir.

Fəaliyyətin
də 2 növü vardır: praktiki və mənəvi. Fəaliyyət tətbiq baxımından qurucudağıdıcı ola bilər.
İnsan fəaliyyəti nəticəsində dəyərlər meydana gəlir. Bunlar da bir neçə növdür:
- Həyati dəyərlər (həyatın mənası, xoşbəxtlik və s.);
- ▐əxsiyyətin dəyərləri (nəciblik, doğruluq və s.);
- Siyasi dəyərlər (demokratiya, kommunizm və s.);
- Praqmatik dəyərlər (varlı olmağa can atma, şöhrətpərəstlik);
- Dünyagörüşü, əxlaqi, estetik və s. Dəyərlər.

İnsan fəaliyyətinin zirvə nöqtəsi yaradıcılıqdır. Yaradan insan özündən öncə olmayan şeyləri (maddi ya mənəvi) həyata gətirir.
Yaradıcılığın da 4 növü vardır: niyyət, ideyanın yetişməsi, ilham, praktiki tətbiq.

Mədəniyyətşünaslığın humanitar elmlər sistemində yeri və əhəmiyyəti

Mədəniyyəti bir neçə elm tədqiq edir:
Etnoqrafiya, etnologiya (millətlər, onların məişəti və mədəniyyəti elmi);
İctimai antropologiya (ibtidai cəmiyyətləri tədqiq edir);
Mədəniyyətin fəlsəfəsi (mədəniyyətin mahiyyətinin və məqsədənin ən ümumi qanunauyğunluqlarını tədqiq edir);
Mədəniyyətin sosiologiyası (mədəniyyətlə bağlı mədəniyyət problemlərini tədqiq edir);
Tarix (insan mədəniyyətinin faktlarını tədqiq edir).

Kulturologiya isə bütün bu elmlərin fövqündə dayaanaraq, onların tədqiqatlarını ümumiləşdirir və mədəniyyətin ümumi qanuna uyğunluqlarını təyin edir. Bu elmlərdən fərqli olaraq, kulturologiya mədəniyyəti başdan ayağa qədər hər tərəfini nəzərdən keçirir.

 

Müasir mədəniyyətşünaslığın əsas məktəbləri, cərəyan və istiqamətləri

Muasir mədəniyyətşünaslıcın bir neçə məktəbi vardır. Onların arasında tədqiqata yanaşma tərzlərinin müxtəlifliyi vardır. Əsas məktəblər aşağıdakılardır:

1. Simvolik məktəb. Bu cərəyan mədəni irsi insanlar tərəfindən yaradılmış simvollar kimi təsəvvür edirlər. Sonra isə bu simvollar informasiya şəklində nəsildən nəsilə və başqa adamlara keçir.Mədəniyyətin bütün prosesləri, insan dilində olducu kimi, kommunikativ (simvolları ötürmə) mahiyyəti qəbul edilir. Bu simvollar başqa simvollarla (elmdə, incəsənətdə və s.) birlikdə dünyanın tamlıcını verir. Tanınmış nümayəndələri De Sossür, Kassirer rvə Levi-Strosdur.

2. Naturalist məktəb. Bu cərəyanın nümayəndələri mədəniyyəti insanın ətraf mühitə uyğunlaşması kimi təsəvvür edirlər. Onların fikrincə mədəniyyət insanın bioloci tələbatlarından irəli gəlir. Mədəniyyət insanın dünyaya uyğunlaşması vasitəsindən bir şey deyil, necə ki heyvanlar instinktlər vasitəsi ilə həyat sürürlər. Bu cəhətdət bu məktəb darvinizma yaxınlaşır. Tanınmış nümayəndələri F. Hamilton, Q. Spenser, Z. Freyd, B. Malinovski, K. Lorens, K. Yunqdur.

3. Psixoloji məktəb. Bu cərəyanın nümayəndələrinə görə, mədəniyyət xalqın ruhu ruhudur.

4. Sosioloji məktəb. Burada mədəniyyətin mənşəyini tarixdə, ilahi vəhydə, bioloji zərurətdə, psixologiyada deyil, insan cəmiyyətində və təşkilatlarında təsəvvür edirlər. Tanınmış nümayəndələri T. Eliot, P. Sorokin, A. Veber, T. Parsonsdur.

5. Aksioloji məktəb. Bu cərəyan mədəniyyətşünaslıqda ən çox yayılıb. Yəni burada mədəniyyət mənəvi və maddi dəyərlərin toplusudur. Tanınmış nümayəndələri Rik-kert, Koqen, Münsterberq, Vundt, Brentano, Meynonq, ▐elerdir.

6.Tarixi məktəb. Burada mədəniyyətin mənşəyini tarixi proseslərdə görürlər. Tanınmış nümayəndələri O. ▐penqler, A. Toynbidir.

Sosioloji cərəyanlar:

1. Təkamülçülük (mədəniyyətə təkamül qanunlarında baxışı);
2. Diffuzionalizm (mədəniyyətin лaxması╗ - ticarət, köç, istila və s.) təkanlı proseslər nəticəsində yayılmasıdır.
3. Funksionalizm (mədəniyyət bir tamlıqdır, onun tədqiqi tamlığı hissələrə bölmək vasitəsi ilə həyata keçirilir, hissələrə əhəmiyyət verilir, bir-birləri ilə muqayisə olunarlar).
4. Strukturalizm (mədəniyyəti dil qrammatikası struktur şəklində kimi tədqiq etmə).

Mədəniyyət və sivilizasiya

Sivilizasiya latın sözü лcivilis╗dən (vətəndaşın, dövlətin) yaranmışdır. Bu anlayış qədim zamanlarda antik dünyanı barbar xalqlardan fərqləndirmək üçün meydana gəlmişdir. Yəni barbarlar çarı, qanunu, vətənpərvərliyi tanımırlarsa, yunanlar, sivil insan olaraq, bunları tanıyır.

Müasir zamanda sivilizasiya Ц tərəqqini təmin edən bəşəriyyətin nailiyyətləri kimi başa düşülür. Tərəqqi ibtidai (vəhşi) formalardan mədəni insan cəmiyyətinə doğru gedir. Sivilizasiyanın nailiyyətləri təbiətdən yararlanmanın və ictimai həyatıntəkmilləşməsi nəticəsində əldə olunur.

Sivilizasiyanən əlamətləri: maddi-texniki inkişafın yüksək mərhələsi, qanunların mövcud olması, yazının olması, şəhər həyatının olması, mənəvi həyatın olması.
Mədəniyyətin sivilizasiya ilə münasibətlərinə dair müxtəlif baxışlar vardır. Bəzilər hesab edirlər ki, bu anlayışlar eyni mənanı verir (sinonimdirlər), başqaları birincisini tamlıq, ikincisini onun hissəsi kimi görurlər. Klassik alman fəlsəfəsində isə bu anlayışlar ziddiyət təşkil edirlər. Orada sivilizasiya maddi həyatın nailiyyətlərini əks etdirir, mədəniyyət isə - mənəvi.

Sivilizasiyalar arasında təmas, toqquşma, yaxınlıq, uzaqlaşma kimi proseslər vardır. Qədim zamanlarda onlar az toqquşurdularsa, Son zamanlar isə sivilizasiyalar birbirləri ilə aktiv təmasdadırlar və qlobalizm prosesləri gedir.

Hal hazırda Qərb, Konfusian, Yapon, Hind, İslam, Pravoslav-slavyan, Latın Amerika, Afrika sivilizasiyaları vardır. Bu barədə Samuel Hantinqton лSivilizasiyaların toqquşması╗ kitabında yazır.

Mədəniyyətin rasional və emosional cəhətləri, Milli və beynəlmiləl cəhətləri

Bu və ya digər ölkədə insan cəmiyyətini səcəiyyələndirən dəyərlərin inancların, davranış qaydalarının cəminə milli mədəniyyət deyilir. Milli mədəniyyəti millətin savadlı və yaradıcı insanları yaradır.

Bundan fərqli olaraq beynəlmiləl mədəniyyət də vardır ki, o müxtəlif mədəniyyətlərin bənzər cəhətlərindən ibarət olur. Burada beynəlmiləl dəyərlər anlayışı vardır. Bu belə dəyərlərdir ki, Milləti və dəyərlərə bağlı deyil, hamı üçün eynidir. Məsələn dini dəyərlər kimi.

Mədəniyyətin emosional cəhəti gündəlik həyati emosiyaları mədəni sərvətlərə çevirməkdən ibarətdir. Bui lk növbədə rəssamlara, müğənnilərə, şairlərə aiddir. Bundan fərqli olaraq düşünülmüş şəkildə mədəni sərvətlərin yaradılması rasional mədəniyyətdir.

Сайт управляется системой uCoz