Aydın Arif oğlu Əlizadə

1963 ildə Bakı şəhərində doğulmuşdur. 1970-80-ci illərdə orta məktəbi biti-rəndən sonra 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri institutununda davam etdirmişdir. 1981-83-cü illərdə Hərbi dəniz donanmasında qulluq etmişdir. Hərbi qulluqdan qayıdandan sonra, həmən institutda təhsilini davam etmiş, 1988-ci ildə oranı bitirmişdir. 1983-2002-ci illəristehsalatda fəhlə, sonra isə mühəndis işləmişdir.

 

Fəlsəfə elmləri üzrə fəaliyyəti 1997-2000-ci illərdən başlamışdır. O zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun dissertantı ol-muş, 2001-ci ildə isə “fəlsəfə tarixi” indeksi üzrə dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri namizədi, 2008-ci ildə isə ikinci dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru adını almışdır. Fəaliyyətinin əsas istiqamətləri Fəlsəfə tarixi, fəlsəfə, dinşünaslıq, və mədəniyyətşünaslıqdır.

 

2003-cü ildən başlayaraq bu günə kimi AMEA Fəlsəfə institutunda çalışır. Elmi işçidən baş elmi işçi vəzifəsinə yüksəlmişdir. Hazırda həmən institutun "Multikulturalizm və tolerantlığın fəlsəfəsi" şöbəsinin baş elmi işçisidir Fəlsəfə institutunun dissertasiya şurasının üzvüdür.

 

Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş 150-dən çox məqalələrin, mo-noqrafiyalarin, kitabların, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin müəllifidir.

 

2005-2009-cu illərdə Baki Musiqi Akademiyasinin "İctimai fənlər" və Baki Dövlət Universitetinin "Fəlsəfə tarixi və mədəniyyətşünasliq" kafedralarında əvəz-çi kimi mühazirələr oxumuşdur. 2008-ci ildə dosent adını almışdır.

 

2012-2013ci illər ərzundə Baki Dövlət Universitetinin "Sosiologiya" kafedrasında, 2014-cü ildə Fərabi adına Qazaxstan Milli Universitetinin “Dinşünaslıq” kafedrasında, 2014-2015-ci illərdə Azərbaycan Dövlət Pedağoji Universitetinin “Fəlsəfə” kafedrasında saathesabı dərs demişdir.