Islam ilahiyyatı və dünyavi elmlərİslamda kəlam elmiKəlam İslamın əsasları ilə uyğunlaşan Allahın varlığı və sifətləri, peyğəmbərliyin mahiyyəti, varlığın başlanğıcı və sonu haqqında bəhs edən sxolastik elmdir. Geniş mənada dini fəlsəfə mövzusunda aparılan mübahisə, elmi fəaliyyət və düşüncələr kəlam adlandırılır. Kəlamın məqsədi vəhyə arxalanan İslamın əsaslarını insan düşüncəsi ilə uyğunlaşdırıb izah etməkdən, dinin həqiqəti haqqında bütün şübhələri ortadan qaldırmaqdan, müxaliflərə və tənqidçilərə cavab verməkdən ibarətdir. Bəzən kəlamı müsəlman fəlsəfəsi də adlandırırlar. Amma antik və başqa fəlsəfələrdən fərqli olaraq, kəlamda düşüncənin dəlilləri ilə yanaşı İlahi vəhylərə də böyük əhəmiyyət verilir. Başqa sözlə, düşüncənin dəlilləri vəhylərlə uyğunlaşmalı və onlarla ziddiyət təşkil etməməlidirlər. Kəlam bilginlərini mütəkəllim (kəlamçı) adlandırırlar. Kəlamın meydana gəlməsi müsəlman bilginlərinin antik fəlsəfə ilə tanış olması ilə bağlıdır. İslam tarixinin ilk dönəmində kəlamçılar yalnız Allahın varlığı və sifətləri problemlərini ortalığa qoyub, həll etməyə çalışırdılar. Sonra isə onlar yenə də antik fəlsəfənin təsiri altında varlıq problemi haqqında öz düşüncələrini bəyan etmişdirlər. Lakin antik filosoflardan fərqli olaraq, kəlamda bu problemə Allah tərəfindən dünyanın yaradılması və inkişafı, Qiyamət günü isə onun məhv ediləcəyi baxımından yanaşılır. Başqa sözlə, kəlamda yaradılmış varlğın başlanqıcı və sonu vardır, o əbədi deyildir. Mütləq varlıq isə Allahdır, O əbədidir, yaradılışın keyfiyyətləri Onda yoxdur. Məhəmməd Qəzalidən (505/1111-ci ildə ölmüşdür) sonra kəlam, müsəlman əqidəsinin insan düşüncəsini razı salan dəlillərlə əsaslandırmanın yollarını axtaran sxolastik elmə çevrilmişdir. Kəlam dinlə bağlı şübhələri ortadan qaldırmaqda, insanların İslama meyl göstərməsində böyük rol oynamışdır. Bu işdə məntiqi üsullara böyük önəm verilirdi. Kəlamın daha bir önəmli vəzifəsi İslamı düşüncə ilə uyğunlaşan məntiqi dəlillərlə müxaliflərin tənqidlərindən qorumaq olmuşdur. İnsan düşüncəsini razı salan dünyagörüşü vəzifəsini daşıyan kəlam, orta əsrlər boyu müsəlman dünyasında ikili rol oynamışdır. Bir tərəfdən fikir və söz azadlıqını təmin etmiş, müsəlmanları düşüncəyə önəm verməyə çağırmış, onları fikirləşmədən dini xadimlərin fitvalarına uymaqdan çəkindirmişdir. Lakin başqa tərəfdən müxtəlif müsəlman təriqətlərinin ehkamlarının və inanclarının əsaslandırılmasına və bununla da onların yayılmasına da xidmət etmişdir. Bəzi hallarda isə kəlamcılar metafizik kateqoriyalardan istifadə edərək, bir birləri ilə uzun sürən nəticəsiz və mənasız mübahisələr aparmış, xidmət etdikləri təriqətlər arasında ixtilafları daha da dərinləşdirirdilər. Tətbiqi elm olmadığına görə kəlamda hallandırılar mülahizələr sxolastikadan başqa bir şey olmamış və bu keyfiyyətdə kəlamçılar antik sofistlərdən, yaxud ortaəsr xristian sxolastlarından fərqlənmirdilər. Kəlamın meydana gəlmə səbəblərindən biri Raşidi xəlifələrin hakimiyyətlərinin sonuna yaxın müsəlman icmasında baş vermiş daxili çəkişmələr və ziddiyətlər olmuşdur. Başqa səbəb isə, müsəlman dünyasının sürətli inkişafı və tərəqqisi olmuşdur. Xilafət qədim zamanlardan dünya sivilizasiyasının mərkəzləri olan ərazilər və oradan yaşayan xalqlar üzərində öz hakimiyyətini qurandan sonra müsəlmanlar başqa mədəniyyətlərlə qarşılaşıb, onlarla birbaşa ünsiyyətə girmişdirlər. Onlarla mübahisələr zamanı müsəlmanlar öz dinlərinin əsaslarını izan etməyə, müxaliflərinin düşüncələrini razı salan yetərli məntiqi üsullara əl atırdılar. Bununla bərabər İslamın ilk mənbələrində əks olunmayan məsələlər, zaman keçdikcə yeni reallıqlar ortaya çıxmışdır. Butun bu yeni yaranan problemlərin həlli üçün ənənəvi İslamın metodları kifayət etmirdi, yeni düşüncələrə və üsullara ehtiyac duyulurdu. Lakin yeniliklər İslamın təməl prinsipləri ilə uyğunlaşmalı, onlara zidd olmamamalı, onları izah etməli idi. Müxtəlif siyasi ixtilaflar İslamda hakimiyyət problemini ön plana çəkmiş, bu məsələ ilə əlaqədar müxtəlif fikirlər və qruplar meydana gəlmişdirlər. Sonra isə Allahın varlığı və sifətləri, tale və insanın iradə azadlığı, günahkarların durumu, Quranın yaradılmış yaxud əbədi olması və başqa məsələlər haqqında çoxlu sayda sxolastik şərhlər və fikirlər ortaya qoyulmuşdur. Bütün bu məsələlərlə bağlı müxtəlif təriqətlər və cərəyanlar əmələ gəlmişdir. Yuxarıda sadalanan məsələlələrə cavablar axtaran müsəlman bilginləri tədricən öz mövqelərini dini-fəlsəfi sxolastika müstəvisində ifadə etmiş və bundan sonra müxtəlif kəlam məktəbləri yaranmışdır. Birinci əsaslı məktəb mütəzili Vəsil ibn Əta (131/748-ci ildə ölmüşdür) və Əmir ibn Übeyd (144/761-ci ildə ölmüşdür) tərəfindən yaradılmışdır. Mütəzililər kəlamın formalaşmasında və inkişaf etməsində böyük rol oynamışdırlar. Daha sonra kəlm elmi bütün müsəlman əqidə məktəblərində özlərinə məxsus tərzdə inkişaf etdirilmişdir. Kəlamın tarixini şərti olaraq dörd dövrə bölürlər: • İlk kəlamçıların dövrü. Əbül-Həsən Əşəridən Məhəmməd əl-Qəzalinin müəllimi Cüveyniyə (478/1085-ci ildə ölmüşdür) qədərki müddəti əhatə edir. • Kəlamın inkişafı dövrü. Məhəmməd Qəzalidən başlamış, VIII/XIV əsrdə qədər davam etmişdir. • Tənəzzül dövrü.VIII/XIV əsrdən başlamış, XIV/XX əsrə qədər davam etmişdir Bu müddət ərzində kəlam inkişaf etməmiş, heç bir prinsipial əhəmiyyət kəsb edən yeni fikirlər ortalığa qoyulmamış, yalnız keçmişdə yaşayan kəlamçıların əsərlərinə izahlar yazılmış və onların fikirləri təkrar edilmişdir. • XIV/XX əsrdən başlayan və hal hazırda davam edən kəlamın intibahı dövrü. Müasir zamanda dünyada çoxlu dəyişikliklər baş vermişdir. Buna görə də onları dini-fəlsəfi baxımından dərk edilməsinə, yeni fikirlərin meydana kəlməsinə ehtiyac duyulur və buna görə də kəlamın yeni inkişafına yönəlmiş meyllər artmışdır. Metafizika və ilahiyyatQədim yunanlan "fizika" ( qysica ) deyəndə ətraf mühitin və təbiətin tədqiqini nəzərdə tuturdular. Bunun nəticəsində təcrübə yolu ilə biliklər əldə olunurdu. Lakin insan düşüncəsi təcrübənin nəticələrindən irəli gələn nəticələrlə kifayətlənmir, onları təhlil etməkdə davam edir. Bu təhlil inkişaf edərək artıq təcrübədən ayrılır və müstəqil şəkilini alır. Bir fikirdən başqa fikir doğur. Məhz bu cür düşüncədən irəli gələn kateqoriyalara "metafizika" (yunanca meta ta qysica ) deyilir. Yunanca bu söz "fizikadan sonra gələn" deməkdir. Aristotel metafizikanı ilk başlanqıcları və səbəbləri tədqiq edən "ilk fəlsəfə" kimi qiymətləndirmiş, ona "teologoya" (ilahiyyat) demişdir. Göründüyü kimi, metafizika ilahiyyatla eyni məzmun daşıyır. Çünki Tanrının varlığını təcrübə (fizika) yolu ilə sübut etmək mümkün deyil. Onun haqqında hər bir fikir düşüncədən irəli gəlir. Tanrının varlığına dair təbiətin dəlilləri birbaşa deyil, dolayıdır. Onun haqqında fikirlər təbiətdən başlayıb düşüncədə inkişaf edir. Bu isə metafizikadır. Eyni zamanda, metafizika təkcə ilahiyyatla məhdudlaşmır, daha geniş sahələri əhatə edir. Təcrübədən sonra gələn hər hansı düşüncənin nəticələri metafizik olur. Məsələn dünyanın yaradılışı, kosmik fəsaların quruluşu və s. bu kimi nəzəriyyələr, bu və ya digər dərəcədə metafizikadır. Ortaəsr müsəlman ilhiyyatçıları metafizikanı ilahiyyatın çeşidli sahələrində istifadə etmişdirlər. Xüsusən bu kəlam elminə aiddir. Kəlamda baxılan problemlər metafizik xarakter daşıyır. İnsanın iradə azadlığı ilə İlahi taleyin nisbəti, xeyir və şər problemi, Quranın əzəli yaxud yaradılmış olması və s. bu kimi problemlər metafizikadır. Beləliklə, metafizik məsələlər İslam ilahiyyatının formalaşması və inkişafında böyük rol oynamışdır. Məhz bunun sayəsində ilahiyyatda da geniş istifadə edilən fəlsəfi terminologiya yaranmışdır. Çağdaş dönəmimizdə də metafizik üsullar ilahiyyat elmlərində geniş istifadə edilir. Bu günün tələblərinə uyğun olaraq metafizik düşüncə inkişaf edib, yeni reallıqlara uyğunlaşır. Təcrübi biliklərin ilahiyyatdan fərqləndirilməsinin zərurəti haqqındaBilindiyi kimi, toplum arasında ilahiyyatı elm adlandırırlar. İlahiyyatçılar isə onu elmlərin ən yüksəyi kimi təqdim edirlər. Hətta bəzən belə təsəvvür yaranır ki, elm anlayışı ilahiyyatın sinonimidir. Buna dail Quran və hədislərdən çoxlu sayda dəlillər də təqdim olunur. Lakin bütün bu iddialar və təsəvvürlər heç də birmənalı deyildir. Məsələ burasındadır ki, ortaəsrlər boyu formalaşan anlayışlar və təriflər artıq yeni çağlarda dəyişib, başqa məzmun almışdır. Çeşidli bilim sahələrində əldə edilən nailiyyətlər, texniki tərəqqi keçmişdə qəbul edilən təriflərdə və metodlarda dəyuşikliklərin edilməsi zərutətinə gətirib çıxartmışdır. Bu da inkişafın qanunauyğunluğudur. Heç bir şey durqunluqda qalmır, daim hərəkət edir. Hərəkət zamanı ya ortalıqdan qalxır, ya da mahiyyət və formasını dəyişir. Orta əsrlərdə hələ təcrübə yolu ilə araşdırıla bilən və düşüncədən yaxud inancdan gələn biliklər fərqləndirilməmişdir. Hər hansı bilim olursa olsun, hər şeyi elm adlandırirdılar. Halbuki, əslində hələ qədim yunan filosofları bilimi fərqləndirmişdirlər. Hələ Aristotel bilimi təcrübi biliklərə və metafizik düşüncələrə bölürdü. Təcrübi biliyi təcrübədən keçirib sübuta yetirmək olar. Metafizik düşüncələr isə heç bir təcrübəyə əsaslanmır. Onun mənbəyi insan düşüncəsindən irəli gələr məntiqdir. Başqa sözlə, bir fikirə məntiqi don geydirilərək başqa fikir alınır. Ortaəsrlər boyu Avropada dinin hakim mövqedə olduğu dönəmlərdə isə antik irs unudulmuş, yalnız dini biliklər tədris olunurdu. Başqa bilim sahələrinə toxunulurdusa da bunlara dini mövqedən baxılırdı. İslam dünyasında antik fəlsəfi fikirinə daha çox əhəmiyyət verilsə də, dini düşüncənin hakim mövqeyi saxlanılırdı. Buna görə də fəlsəfə elitar xarakter daşıyıb, yalnız onunla maraqlananların arasında yayılırdı. Yeni çağ düşüncəsi Avropada Dirçəliş dönəmlərindən başlanmışdır. Antik irsə qayıdışa, sonra isə surətli inkişafa başlamış Avropa, dünyanın bütün başqa yerlərini geridə qoymuşdur. Artıq XVIII-ci əsrdə avropalılar üstünlük əldə edə bilmişdirlər. XIX-XX-ci əsrlərdə isə bilim, toplum, hərbi və başqa sahələrdə onların bənzəri olmamışrır. Surətli inkişaf həmdə bilimin təsnifat;nda və terminologiyada köklü dəyişikliklərə gətirib şıxarmışdır. Yeni ixtiralar, texniki tərəqqi, kainatın sirlərinin açılması bilim sahəsində fərqləri ortalıqa qoymuşdur. Bütün bunlar bu günə kimi yaşamaqdadır. Avropa pozitivistləri bilim sahəsindəki fərgləndirmələrə çox ciddi yanaşmışdırlar və elm kimi yalnız təcrübədən keçirilmiş bilimləri tanıyırdılar. Təcrübədən keçirilməmiş hər bir bilim çeşidi elmdən kənar elan edilmişdir. Pozitivistlərin fikrincə məntiq formasını almış metafizik düşüncələr və inanclar yalnız hər bir şəxsin subyektiv mövqeyini əks etdirir. Onlar hələ antik fəlsəfədə önəmli olan obyektiv-subyektiv anlayışlarını kəskin qoymuşdurlar. Hər hansı iddia təcrübədən keçirilib ortalığa qoyulmalıdır. Yalnız bu halda o elmi olur. Bu prinsipə onlar "yoxlama" (ingiliscə "verification") prinsipi demişdirlər. Bəzi pozitivistlər hətta ifrat mövqe tutaraq fəlsəfəni, dini və başqa metafizik fənləri əhəmiyyətsiz, hətta ziyanlı elan etmişdirlər. Eyni zamanda, pozitivistlərin bütün fikirləri ilə razılaşmaq olmur. Məsələ burasındadır ki, təcrübə vasitəsi ilə əldə edilmiş biliklər düşüncədə təhlil olunub, yenə də hansısa nəticəyə gəlinməlidir. Çeşidli bilimləri birləşdirən bir sistem də olmalıdır ki, bu funksiyanı da fəlsəfə daşıyır. Başqa tərəfdən dini gərəksiz bir şey adlandırmaq etika, əxlaq kimi anlayışların obyektivliyini şübhə altına alır. İnsan cəmiyyətində isə mütləq əxlaqi kateqoriyalar olmalıdırlar. Lakin bütün ifrat fikirlərdən çəkilərək onu demək olar ki, məsələn gözəllik haqqında düşüncələri, nə qədər gözəl olsa belə, fizika sahəsində hansısa ixtira ilə bir səviyyəyə qoymaq olmaz. Bunların mahiyyəti fərqlidir. Biri xəyali, insan duyğularından gələn subyektiv fikirlərdir. Başqası isə tale yüklü təcrübədən çıxmış obyektiv bilikdir. Eyni zamanda çağdaş dönəmimizdə metafizik və təcrübi biliyə fərqin qoyulmaması, bilim sahəsində təsnifatın aparılmaması deməkdir. Bu da mümkünsüz bir şeydir. Beləliklə təcrübi və metafizik biliklər varsa, onlar fərqli adlandıdılmalıdırlar. Azərbaycan türkcəsində hələ də bu fərqləndirməni görmək olmur. Hal-hazırda daha çox işlənilən ərəb kölü "elm", "alim" sözləri ümumi xarakter daşıyır və çağdaş anlayışlara uyğun deyildir. Onlarla bilik sahəsində fərqləri vurğulamaq olmur. Buna görə də burada yeni terminologiyaya ehtiyac vardır. İlahiyyat və fəlsəfə ilə təcbübi bilik sahələri bir-birindən adlarda fərqlənməlidir və bu təsnifat çağdaş zamanın tələblərinə cavab verməlidir. Dünya praktikasında bu fərqlər çoxdan qoyulmuşdur. Məsələn ingilislər, ruslar heç zaman ilahiyyatçını riyaziyyatçı ilə eyni adla (alim kimi) adlandırmazlar. Ruslar təcrübi bilim sahələrində çalışanları """"""", ingilislər "scientist" adlandırırlar və bu anlayışları metafizik düşüncələrdən çıxış edənlərə aid etmirlər. Din sahəsində çalışanları inancdan çıxış etdikləri və təcrübi kateqoriyalarla öz dediklərini sübut edə bilmədikləri üçün yalnız "ilahiyyaçı" yaxud "sxolast" adlandırırlar. Metafizik düşüncələrdən çıxış edən düşünürlər isə çeşidindən asılı olaraq "filosof", "mistik" və s. adlandırılırlar. Buna görə də Azərbaycan türkcəsində də bu fərqləndirmə olmalıdır. Təcrübi bilik sahəsində çalışanlara "bilginlər"; dini inanclardan çıxış edənlərə "ilahiyyatçılar", "kəlamçılar"; fəlsəfə və başqa metafizik düşuncə ilə məşğul olanlara isə "filosoflar", "mistiklər" və s. deyilməlidir. Dinşünaslıq predmeti və onun fərqləndirici özəllikləri Son illərdə "dinşünaslıq" adlanan bir anlayış bir çox yerlərdə hallanmaqdadır. Azərbaycana bu anlayış nisbətən gec gəlib çatmışdır. Çünki Sovetlər dönəmində yalnız elmi ateizm adlı fən tədris olunurdu. Dinşünaslığın nə olması haqqında söhbətin açılması son zamanlar bir çox ilahiyyat mövqeyindən çıxış edən adamların özlərini "dinşünas", "dinşünas alim" kimi təqdim etməsinə görə son dərəcə aktualdır. Hətta sadə adamlar da "dinşünas" sözünü elə "ilahiyyatçı" kimi başa düşürlər. Beləliklə dinşünaslıq nədir, onun ilahiyyatdan fərqi nədən ibarətdir suallarına cavab verilməlidir. Dinşünaslıq dinlər haqqında dünyavi bilimdir. Dinşünaslıq tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi elmləri dinlərin tədqiqində istifadə edərək, fənlərarası bilimlərə aiddir. Dinşünaslıq dinə dünyavilik yönündən baxışın zəruriliyindən XIX-cu əsrin ikinci yarısında Avropada yaranmışdır. O zaman çoxlu arxeoloji, tarixi, etnoqrafik, linqvistik və s. biliklər əldə edilmişdir. Lakin dinlərə ənənəvi olan ehkamçı və ilahiyyat baxışları bu imkanlardan istifadə etməyi əngəlləşdirirdi. Buna görə də Avropa düşünürləri dinlərə bitərəf, ehkamlardan azad baxışlarla yanaşmış, bütün bu imkamlardan istifadə etmişdirlər. Onlar üçün din etiqad deyil, yalnız tədqiqat obyekti olmuşdur. Dinşünaslıq fənni bir neçə bilimlərin qovşağında yerləşərək dinlərin tarixi, fəlsəfəsi, psixologiyası, sosiologiyası, fenomenologiyası fənlərindən ibarətdir. Dinşünaslığı ilahiyyatdan fərqləndirən özəllik, onun bitərəfliyidir. İlahiyyatçılardan fərqli olaraq, dinşünas heç bir dinə üstünluk verməz, dini təbliğatla məşğul olmaz, dinləri yalnız olduğu kimi, bilimin bir sahəsi qismində araşdırar, nəticələr əldə edər. Burada heç bir dinə gəlmək təklif oluna bilməz. Bu bilimdə din etiqad deyil, yalnız tədqiqat obyektidir. Dinşünaslar hansısa dinin ardıcılları, yaxud ateist də ola bilərlər. Bununla belə, onlar problemlərə yalnız akademik metodlar çərçivəsində yanaşmalı, subyektivliyə yol verməməlidirlər. Onlar öz əqidələrini təbliğ etməməlidirlər. Bunu edirlərsə, onda onlar dinşünas deyil, ilahiyyatçı və ya adi dindardırlar. Azərbaycanda elmi və akademik prinsiplərə əsaslanmış dinşünaslıq elminin tarixi yenidir. Hal hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəsəfə, Sosiologiya və Hüquq institutunda "Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi" fəaliyyət göstərir. Məhz bu şöbədə çağdaş elmi kateqoriyaların əsasında dinşünaslıq araşdırmaları aparılır. İlahiyyata çağdaş baxış İlahiyyat Tanrının varlığı haqqında dini təlimlərin toplusudur. İslam ilahiyyatı əsasən kəlam, fiqh, təfsir, hədis elmlərindən ibarətdir. İlahiyyatçılar dindar adamlar olaraq, öz dünyagörüşlərini Tanrının varlığı üzərində qurur; öz baxışlarını həqiqət sayır, onları təbliğ edir, başqa insanları öz dininə dəvət edirlər. Başqa bilim sahələrinin içində ilahiyyat din fəlsəfəsinin bir hissəsidir. Dünya praktikasında ilahiyyat bölmələri bir çox universitetlərdə fəaliyyət göstərir, bu sahədə dissertasiyalar müdafiə olunur. Azərbaycanda da müstəqillik qazanılandan sonra bu praktikadan istifadə edilir. İlahiyyat təcrübi bilim deyil, yalnız inanca bağlıdır. Tanrı, peyğəmbərlik, müqəddəs kitablar və s. məsələlər haqqında mülahizələr pozitiv elmlərin qarşısında qoyulan tələblərlə təcrübə yolu ilə sübut edilmir. İlahiyyatda dəlillər birbaşa deyil, dolayı olur. Örnək üçün, ilahiyyatda Tanrının varlığına dəlil kimi dünyanın, hərəkətin varlığı gətirilərək, Onu özü birbaşa göstərilmir. Buna görə də ilahiyyatçının dəlilləri dolayı olduğundan, ona qarşı müxaliflərin (məsələn, ateistlərin) də dolayı dəlilləri ortalığa çıxır. Nəticədə minilliklərlə sürən sonsuz dartışmalar və çəkişmələr yaranıb davam etməkdədir. İlahiyyatın özündə dəlillərin konkret olmadığından, eyni məsələlər haqqında çeşidli, hətta bir-biri ilə kəsişən baxışlar olur. Örnək üçün, İslam ilahiyyatında Allahın sifətləri, mahiyyəti haqqında dartışmalar olmuş, məktəblər yaranmışdır. Eyni zamanda ilahiyyatçı dinin tarixi, linqvistika və s. bu kimi başqa bilimlərdən istifadə edə bilər. Bunu edirsə, onla bəzi məqamlarda o, təcrübədən keçirilmiş fikiri ifadə edə bilər. Örnək üçün, Quranın İlahi kitab olduğu təcrübə yolu ilə sübuta yetirilməz, yalnış imanla qəbul edilər. Lakin Quranın ilk mətnlərinin hansı əsrə aid olduğu tarix elmindən bilinir, onun qədim nüsxələri göstərilə bilər. Elmi ateizm və İslam ilahiyyatıElmi ateizm dini materializm mövqeyindən tənqidi təhlilə məruz qoyan, onun elmi və tarixi baxımdan yetərsiz olduğunu sübut etməyə cəhd edən baxışlar toplusudur. Burada dini dünyagörüşün elmin nailiyyətləri ilə uyğunluğun mümkünsüzlüyü də iddia edilir. "Elmi ateizm" anlayışı ilk dəfə Sovetlər Birliyində XX əsrin ortalarında ortalığa çıxmış, gələcəkdə inkişaf etdirilmişdir. Burada 1964-1991-ci illərdə Elmi ateizm institutu fəaliyyət göstərirdi. Bu fən Sovetlər Birliyinin ideologiyasının tərkib hissəsi olaraq, tədris olunub, siyasi mahayyət daşıyırdı. Buinunla belə vurğulanmalıdır ki, tanrıları və dinləri inkar edən təlimlər hələ qədim dövrlərdən qeydə alınmışdır. Mesopotamiyada, Misirdə, Antik dünyada, Hindistanda, Çində tanrılara və dinlərə qarşı şübhəçi fəlsəfələr olmuşdur. Hətta monoteist dinlərin hökmranlığı dövrü olmuş orta əsrlərdə dinlərin gizli tənqidi davam etmişdir. Sovetlər Birliyi dağılandan sonra Elmi ateizmə dövlət dəstəyi göstərilməmiş, lakin onun əsasında formalaşmış dünyagörüş yaşamaqda davam etmişdir. Hal-hazırda Rusiyada, Ukrainada və başqa ölkələrdə Elmi ateizm dərnəkləri fəaliyyət göstərir. Onların nümayəndələri İnternet şəbəkəsində öz baxışlarını yayır, dərgilər yayımlayır, konfranslar keçirir. Elmi ateizmin metodu elmin nailiyyətlərinə əsaslanmış, onun vasitəsi ilə Tanrının/tanrıların mövcud olmaması iddia edilir. Dini tarixdə və müqəddəs mətnlərdə elmi faktlarla ziddiyətlər araşdırılıb, dinlərin xalq rəvayətlərindən, hətta saxtakarlıqdan artıq bir şey olmaması sübuta yetirilməyə cəhd edilir. Bunun nəticəsi olaraq, dini dünyagörüşünün qeriliyin rəmzi kimi qələmə verilir. Azərbaycanda da Elmi ateizm Sovet dönəmində rəsmi ideologiya olmuş, bu fən tədris sistemində keçilmiş, bu sahədə elmi işlər yazılmışdır. Lakin müstəqillik qazanılandan sonra bütün bu fəaliyyət dayandırılmışdır. Hal-hazırda Azərbaycanda ateist qurumları yoxdur. Lakin ateist dünyagörüşünün çeşidli özəllikləri Azərbaycan toplumunda özünü göstərməkdədir. Dini mətnlərə, ayinlərə yaxud qadın örtüklərinə tənqidi baxışlar bu dünyagörüşünün əlamətlərindəndir. Lakin bunlar bizim cəmiyyətdə məişət səviyyəsində olub, sistemli nəzəriyyə şəklində mövcud deyildir. Elmi ateizmi isə öz növbəsində dini dünyagörüşlü adamlar tənqid edirlər. Onların fikrincə, Tanrının yoxluğu iddiaları yetərsizdir. Çünki Tanrı oyuncaq bir şey deyilki, hər bir kəsin çağırışı ilə hamıya görsənsin. Ateistləri həmdə elmi metodologiyanın pozulmasında da ittiham edirlər. Tənqidçilərin fikrincə, ateistlər heç bir iddialarını istinad ettikləri elmi metodlarla sübut edə bilmirlər. Məsələ burasındadır ki, çağdaş elmi metod təcrübənin dəlillərinə əsaslanır. Ateistlərin dəlilləri isə daha çox nəzəri və fəlsəfi xarakter daşıyaraq, təcrübəyə əsaslanmır. Başqa tənqidçilər ateizmi də dinin bir çeşidi sayırlar. Onların fikrincə dindarlar Tanrının varlığına, ateistlər isə onun yoxluğuna inanırlar. Ateistlər həmdə hər şeyin əvvəlində materiyanın olduğunu iddia edərək, bunu elmi dəlillərlə sübuta yetirə bilmirlər. Buna görə də onlar da inanclardan çıxış edirlər. Ateizmə qarşı çeşidli yanaşmalar və tənqidlər olsa da qeyd edilməlidir ki, bəzi məqamlarda onların dünyagörüşləri tənqidlərə davam gətirir və etibarlı olur. Əlbəttə Tanrının yaxud peyğəmbərliyin yoxluğu elmi metodlarla sübuta yetirilməz. Lakin dinlərin tarixi, müqəddəs mətnlər və s. tədqiqat obyektidir. Bu sahədə elmi araşdırmalar aparmaq olar. Araşdırmalar zamanı bir çox maraqlı faktlar əldə olunur və heç də həmişə onlar ənənəvi dinlərin ehkamlarını təsdiq etmir, bəzən isə onlarla ziddiyət təşkil edir. Dindarlıq mövqeyində dayanan adamlar bu faktları ört-bastır etməyə, onları dini ehkamlar baxımından yozmağa, dini müdafiə etməyə çalışsalar da, ateistlər bu məqamları vurğulayıb onlar vasitəsi ilə dini ehkamları şiddətli tənqidələrə məruz qoyurlar. Beləliklə bu dindar-ateist dartışmaları zamanı haqiqət əldə olunur, obyektivlik üzə çıxır. Beləliklə, elmi ateizmin tənqidi məqamları olsa da, müsbət cəhətləri də vardır. Onlardan başlıcası dinlərə tənqidi baxışlardır ki, onların vasitəsi ilə həqiqi elmi-nəzəri nəticələr əldə etmək mümkündür. Eyni zamanda qeyd edilməlidir ki, dinlərə tənqidi yanaşmalar təkcə ateizmin özəlliyi deyildir. Başqa dünyagörüşlərində, hətta dindarlar arasında da dinlərə tənqidi baxışlar olur. Sadəcə ateizmin mövqeyi onlardan daha aşırı olur. "Cəmiyyət və din" qəzeti N 22-23 (058) 10-16 iyun 2010. |