Aydın Əlizadənin səhifələri

Tarixdə və günümüzdə ölkə-din sorununu. Azərbaycanda ölkə-din sorununda yenidənqurmanın gərəkliliyi

 

Çeşidli inanclar, insan tarixinin ilk çağlarından olmuşdur. Ancaq olmarın o dönəmlərdə toplumun yönəltməsində önəmli olub olmaması dartışmalıdır. Bəlkə də ilk çağlarda daha da çox özgürlük ortamı yaşanmışdır.

Miladi e. ö. V-IV yüzilliklərdə Misir, Çaylararası, Hind, Çin kimi bölgələrdə ilk insan sivilizasiyaları yaranmışdırlar. Artıq bu çağlardan başlayaraq bəsit inanclar dinə çevrilib, ölkələrin yaşamında önəmli yer tutmuşdurlar. Kahinlər çox güclü bir zümrə olaraq ölkəni yönətmiş, ya da çarlara nüfuz edərək onların əlləri ilə ölkə yaşamına etki (təsir) edirdilər. Tanrıların üstünlüyü, kahinlərin onların yerdəki görəvliləri olması, sonyaşam (axirət) kimi inanclar ölkənin yönətilməsində çox önəmli elementlərdən olmuşdurlar. Bəzən isə çarlar özlərini tanrı, ya da tanrı təmsilçiləri kimi tanıdaraq, yönətici ilə kahinin görəvlərini özündə birləşdirirdi.

Bununla belə, hələ o zamanlarda kahinlərin ölkəyə aşırı nüfuzlarına qarşı çıxışlar, onların güçlərini azaltmaq üçün çabalar da olmuşdur. Bir çox çarlar da kahinlərin çox artmış nüfuzundan özgür olmaq üçün bunu edirdilər.

Toplumların gəlişməsi əski dinlərin təlimlərində, kahinlərin dediklərində düşüncəyə ayqırı olan məqamların açılmasına gətirib çıxarırdı. Bilimlər, düşüncə irəlilədikcə dinlərin ilkələrini soru altına qoyan fəlsəfi oxullar da yaranırdılar. Hindistanda çarvaka ilə sankhya, Yunanıstanda materializm və atomizm oxulları buna örnəkdirlər. Bundan başqa əski yazarların, qoşmaçıların yazınlarında da dini baxışlara qarşı çıxışlar olmuşdur. Buna örnək Misirin Arfaçının dastanı, Ksenofanın, Diaqorosun yazıları və qoşmaları, Sokratesin, Epikurun, Titus Lukretsius Karın (deizm) baxışlarıdır.

Orta çağlarda dini baxışların üstünlüyü ortamı yaşanmışdır. Ancaq o çağın yönəticiləri ilə kahinlər özlərini birbaşa Tanrı deyil, Onun təmsilçiləri, ya da qanunlarını uyqulayanlar kimi tanıdırdılar. Dini yaşam biçimi çarlıq yönətimi ilə müşaiyət olunurdu. Çarlar kahin görəvlərini görə də bilərdilər. Buna örnək Poma Papazı, Bizans imperatorları, ərəb xəlifərəli idi. Başqa durumlarda isə çarların kahinlərlə görəvləri ayrılmışdır. Ancaq kahinlər, çarlara etki edərək, topluma nüfuz etmişdirlər. Buna örnək Fransa, İspan kralları, Osmanlı, Səlcuğ sultanlarıdırlar. Belə olanda, əski çağlarda olduğu kimi, krallar kahinlərin etkisini azaltmağa, öz yönətimlərini bərkitməyə çalışırdılar. Bu da dinin etkisinin azaldılmasına doğru yönəlmələr kimi dəyərlədirilir.

Yönəticilərin dindən qaçma yönəlmələri ilə bir çox düşünürlərin, toplum adamlarının, filosofların baxışları üst-üstə düşürdü. Onlar geriliyi, gəlişmənin (inkişafının) olmamasını dinin toplumda çox yer tutduğu ilə bağlayırdılar. Dünyanın irəliləməsi, yeni açılışların edilməsi, bilimlərin gəlişməsi də dinin toplumda payının azalmasına gətirib çıxarırdı. Artıq Orta çağlar boyu bilimlə (elmlə) dinin ayqırılıqları, onların bir-biri ilə uyuşması problemləri qoyulurdu, dini ehkamlara qarşı şübhəçilik yönəlmələri güclənirdi. Kuzanlı Nikolaus, Vilyam Okkam, İbn Rüşd bu problemləri ortalığa qoyan düşünürlərdən idilər.

Dindən ayrılma prosesində Avropa Renessansı böyük rol oynamışdır. O dönəmin düşünürləri olan Makiavilli, Rable, Leonardo da Vinçi, Deperye və başqaları kilsə quruluşunu ələşdirmişdirlər (tənqid etmişdirlər). Renesansla birgə kilsənin parçalanması, protestantlığın ortalığa çıxması olayları baş vermişdir. Protestantlıq isə dini etkinin bir qədər azalması ilə müşaiyət olunurdu. Bu zaman şübhəçiliyə yönəlmələr də çoxalmışdır.

XVII-XVIII yüzilliklər boyu dindən aralanma prosesləri atrmaqda idi. O çağlarda deistik fəlsəfələr gəlişmişdir. Bu alanda çalışan düşünürlər Qobs, Qolbax, Toland, Yum kimi kəslər olmuşdurlar.

XVIII-ci yüzilliyin sonunda baş verən Böyük Fransız devrimindən sonra laiqlik siyasəti ortalığa çıxmış, xristian inancı yeni inancla dəyişdirilmişdir. Az sonra isə Xristianlıq öz yerini qaytarmış, ancaq laiqlik yönəlmələri getdikcə artmışdır. Bu yönəlmələr başqa ölkələrə də yayılmışdırlar.

XIX-u yüzillik boyu dindən qaçma meylləri daha da artmışdır. Bunun nədəni öncə görünməmiş bilim və texniki gəlişmə yeni açılışlar olmuşdur. O zaman Nitsşe, Şopenqauer, Marks, Feyerbax kimi düşünürlər dinlərə qarşı ələşdirici çıxışlar etmişdirlər.

XIX yüzilliyin sonu-XX yüzilliyin ilk onillikləri boyu müsəlman ölkələrində yenidənqurmaçıların hərəkatı güclənmişdir. Bunun nədəni Avropadan geridə qalma və batı sümürgəçiliyinə düşmə olmuşdur. O zaman dini yaşamda köklü dəyişiklərin edilməsi, onun yeni çağa uyuşması ideyalarını Əfqani, Əbduh, Rıza kimi düşünürlər irəli sürmüşdürlər. O dönəmlərdə Azərbaycanda da dindən aralanma yönəlmələri olmuşdur. Bu alanda Axundov, Sabir, Məmmədquluzadə kimi düşünürlər və yazarlar çalışmışdırlar.

XX-ci yüzillikdə laik baxışlar bütün gəlişmiş ölkələrdə yayılmış, üstünlük qazanmışdır. Bu yüzilliyin aparıcı fəlsəfələri olan ekzistensializm, pozitivizm, nigilizm, marksizm və başqaları, laikliyin prinsiplərində qurulmuşdurlar. Bu yüzillikdə laikliyin aşırı baxışları Albaniya, Sovetlər Birliyi, Çin, Komboca kimi kommunist ölkərərində rəsmi ideolojiya çevrilmişdir. O zaman Azərbaycanda da aşırı ateizm ideyası aşılanmışdı. Sovet dönəmi boyu bu siyasət sürməkdə idi. Bunun sonu olaraq, dinin toplumda oluşu ilə payı ən aşağı səviyyəyə düşmüşdür.

XX-ci əsrin ikinci yarısından başlayaraq bu günə kimi, dünyanın aparıcı ölkələrində daha çox dəyərlərin enməsi və itirilməsi prosesi baş verir. Dinə ilgi (maraq) azalmaqdadır, tapınaqlar (məbədlər) boşalır, el dini yaşamda yaşamır. Statistikaya görə öndə olan ölkələrdə dinə yönəlmənin dərəcəsi (bəzi istisnaları çıxmaqla) az olur.

Müsəlman ölkələrinin gəlişməsi dünyanın bir çox yerlərinə nisbətən geriləməkdədir. Son vaxtlar bu ölkələrdə dinin toplumda payının artması, laikliyin sıxışdırılması, siyasi İslam anlayışlarının yaranması prosesləri baş verməkdədir. Laik ölkə olan Azərbaycanda da bu yaşanır. Bu yönəlmələrin sonu nə ilə bitəcək bilinmir, çünki proses yaşanmaqdadır. Buna baxmayaraq, müsəlman toplumlarında laiklik meylləri də az deyil. Bu yolla ən ardıcıl gedən Türkiyədir.

Sonuc: Göründüyü kimi, dinə yönəlmələrlə dindən aralanma prosesləri bütün tarix boyu baş vermişdir. Toplumun səviyyəsi aşağı olduqca dinə yönəlmə, yüksəldikcə dindən qaçma yönəlmələri güclənir. Bu quraldan (qaydadan) istisnalar olsada, az olur. Bununla belə dindən aralanma heç də hər zaman ateizmə gətirib çıxarmış, laikliyin başqa formalarında özünü göstərir. Bu dini ayinlərin görülməsindən yayınmada, deistik və aqnoztik baxışlara qapanmada özünü göstərməkdədir. Laikliyin dini üstələməyinə baxmayaraq, dinə bağlı olan qruplar hər yerdə olur, onlar dini göstərişləri zamanla uyğunlaşdırmağa, inanclarını gəlişdirməyə çalışırlar. Deməli obyektiv ortam yaranada dinin toplumlarda rolu arta bilər. Bunun kimi, hər bir dinin üstün olduğu toplumda da laik baxışlar vardır, zaman yetişəndə onlar arta da bilər.

Yuxarıda verilən qısa tarixi baxışdan görsənir ki, laikliyik ya da dinçilik, demokratiya ya da diktatura kimi anlayışlar bir amac ola bilməz. Tarixin bəlli çağlarında bu kimi qarşı yönəlmələr toplumda üstün gələ bilər. Bu da tarixi zərurətdən irəli gəlir. Amac ideyaya bağlılıq deyil, amacauyğunluq və elin güvəncli yaşamıdır. Sadəcə, zamanımızda kommunikasiyaların və informasiya texnologiyalarının gəlişdiyinə, eləcə də bilim səviyyəsinin artmasına görə dünyaviliyə üstünlük verməsi daha amacauyğun görsənir. Ancaq, dünyaviliyin də aşırılığı mənəviyyatsızlıqla, dəyərsizləşmə sonuclanır.

Bundan başqa qloballalizmin milli mənliyə, milli dəyərlərə, milli dilə, mənəviyyata böyük təhlükələri vardır. Buna görə də antiqlobalizm meyllərinin artmasına ehtiyac vardır. Bunun özüllərindən biri də dini dünyagörüşüdür. Beləliklə dini baxışlar çağdaş dünyada gərəklidir. Bəzi yerlərdə və bölgələrdə isə dini quruluşa yönəlmələr dünyavi yönəlmələrdən daha amacauyğun da ola bilər. Bəlkə də bu, bir çox müsəlman ölkələrinə aiddir. Ola bilsin, İslam quruluşları onların gələcəkdə dünyəviləşməsinə gətirib çıxaracaq. Bununla belə, İslam quruculuğu olsa belə, onun içində mütləq dünyavilik yönəlmələri güclü olacaq, nə vaxtsa dini quruluşu üstələyə biləcək.

Bu iki yönəlmənin arasında qarşıdurma olmasın deyə, ən uyğun yol onların sintezidir. Sintez dünyada olan gerçəkliklərə uyğunlaçaraq, millətin istəyi ilə əldə oluna bilər. Bir ölkədə dinçilərin də, dünyaviçilərin də təmsilçiliyi varsa, onda onların arasında konsensus, barışığa doğru gedilməlidir. Bu durumda qarşılıqlı geriyə çəkilməyə və barışığa gəlməyə doğru gedilməlidir. Hər bir dəyişmə evrim (təkamül) yolu ilə əldə edilməlidir. Bunun üçün iqtisadiyyatın və egitimin (təhsilin) gəlişməsi, sosial problemlərinin çözülməsi, açıq və özgür toplumun qurulması, hər yerdə dartışmaların aparılması gərəkdir. Ölkə başçıları bu işləri görməsə garşıdurmalar qaçılmaz olur. Sonda isə ölkələrin geriləməsi və dağılması təhlükəsi yaranır. Bu alanda olumlu (müsbət) örmək Türkiyədir, olumsuzlar (mənfilər) isə Sudan, Əfqanıstan kimi ölkələrdir.

Azərbaycandaki durum

Keçmiş sovetlər birliyində olan ölkələrdən biri olaraq, Azərbaycan laik ölkədir. Ancaq Türkiyədən ayrılı olaraq, bu laiklik daha çox sovet mirasina söykənərək, sözdə deyilməkdədir. Doğruluqda isə buna doğru yönələn köklü olan ölkə doktrini və fəlsəfəsi yoxdur, bu alanda (sahədə) bilim araşdırmaları, konseptual teorilər, gələcəyə yönəlmiş planlar yoxdur. Bu qonuda heç dartışmalar aparılmır. Yalnız yerli durumdan asılı olaraq məmur göstərişləri çixarilir.

Doğruluqda ölkəmizdə olan laiklik sovetlərdən qalan baxışların üzərində qurulur. Bütün dini qurumların quruluşu, ölkə-din ilişkilərinin formatı da kommunist rejimində olduğu kimidir. Heç bir köklü dəyişiklik edilməmişdir. Dinin ölkə qurumlarından ayrı olması, müsəlmanların dini idarəsinin olması, şiə-sünni qurumlarının o idarədə birləşdirilməsi, başqa bu kimi şeylər hamısı Rus imperiyası və Sovetlər dönəmindən qalmış günümüzə ulaşmışdır. Yeni yaranan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi belə, Sovetlər dönəmində olan Baxanlıq qurulunun (Nazirlər sovetinin) bir bölməsinin daha geniş formasıdır. Beləliklə, ateizm ideolojisindən aralanma baş vermiş, ancaq ölkə-din sorununa (problemlərinə) baxışlar, bununla bağlı qurumlar olduğu kimi qalmaqdadır. Heç bir yeni modellər Azərbaycan üçün işlənililməmişdir.

İnsanların dünyagörüşlərində də problemlər yaranıb. Yaşca böyük olanlar Sovet dönəmində böyüyüb gəlişmişdirlər. Ölkə başçıları ilə məmurları daha çox onlardandırlar. Buna görə də dinə elə o çağlarda olduğu kimi baxırlar. Onların çoxu dini yalnız bir abstraksiya kimi anlayırlar, onun toplumda praktiki olaraq uyğulamasını gözlərinə gətirmirlər. Onlar üçün din yalnız məscidlərdə, dini qurumlarda olmalıdır, başqa yerlərdə özünü göstərməməlidir. Yeni soy, gəncliyin isə baxışları ayrılıdır. Onların çoxları da, başqa (batılılar sayağı) formada bu düşüncəni mənimsəyiblər. Ancaq başqaları dinə bir yaşam biçimi (tərzi) kimi baxırlar, onu yaşatmaq istəyindədirlər. Bunların sayı, sosial problemlərin olduğuna görə, artmaqdadır.

Ancaq Sovetlər dönəmindən ayrılan reallıqlar da ortalığa çıxmışdır. Bu da kommunukasiyaların açıq olması, çoxlu sayda dini axınların ölkəyə girməsi, informasisa-internet məkanının ortalığa çıxması, sosial problemlərin olması, yeni soyların bu reallıqlarda böyüməsidir. Bunlara dayanan düçüncə ortalığa qoyulmamışdır. Bizim rəsmi qurumlar Sovet yöntəmlərini (metodlarını) saxlayaraq, yeniliyi yalnız məscidlərin sayının artırılmasında, onların göz altında saxlamaqda, eləcə də mədrəsələrin açılmasında görürlər. Ancaq Sovet yöntəmlərini yeniləşdirərək ölkə-din alanında yeniləşən dünyada sonsuzluğa gədər işlətmək olmayacaq.

Buna görə də toplumda qarşıdurmalar baş verir. Yaşlı soyların və batı (qərb) düşüncəsi ilə bölüşənlərin, öyrəncəli dinə baxışı ilə dini yaşatmaq istəyən yeni soyla qarşıdurması yaranır, bu da gələcəkdə daha da kəskinləşə bilər. Bunu anlayan məmurlar heç bir dərin araşdırmalar, yeni konsepsiyalar, dartışmalar aparmayaraq, yalnız inzibati yollarla bunların qarşısını almaq istəyirlər. Bu da yasaya (qanuna) dəyişikliklər etmək, dini qurumların fəaliyyətini çərçivələndirməkdən ibarətdir. Beləliklə, son zamanlar yaranan məscidlərin dağıdılması, qadın örtüyü, yasaqlanan dini kitablar və başqa problemlərin kökü bundadır.

Sosial problemlər da duruma etki (təsir) etməkdədir. Toplumda olan indiki durum dinçiliyə yönəlmələri artırmaqdadır. Son zamanlar Azərbaycan yönətimi belə monopoliyaların, korrupsiyanın, rüşvətin olmasını etiraf etməyə başlamışdır. Toplumda sosial ədalətsizlik, məmur özbaşınalığı olduğu kimi qalmaqdadır. Bunu rəsmi televiziyada da görmək olar. Təbii fəlakətlər, su basqınları və başqa amillər sosial gərginliyi artırır. Azərbaycanda yuxarı təbəqə ilə aşağıların böyük uçurumu yaranmışdır, yuxarılar aşağılardan aralanır, onları eşitmir. Aşağıların gəlirlərinin az olması, qiymətlərin artması da narazılıqları dərinləşdirir.

Belə olanda, ölkə eli bir çıxış yolu arayır. Bir çoxları da dini inanclarda təsəlli tapırlar. Bu proses əski çağlardan bəri sürməkdədir. Azərbaycanda da bu sürəc (proses) getməkdədir.

Daha bir reallıq müsəlman dünyasında baş verən dəyişikliklərdir. Orada İslam dininə yönəlmələr artmaqdadır. Yaxın qonşularımız İran və Tükriyədə bu artıq gerçəklikdir. Quzey Qafqazda da bu sürəc gedir. Bu gürçəkliklə hesablaşmamaq olmaz.

Azərbaycanda ölkə-din ilişkilərində köhnəlmiş Sovet düşüncəsi ilə modellərin qalması, dəyişən dünyaya uyuşa bilmiş, bu alanda gərginliklərə gətirib çıxarır. Bundan başqa, yaşanan durum dışarıda (xaricdə) olan güclərin iç işlərinə etki etməsinin nədəni (səbəbi) olur. Bundan başqa, Azərbaycanın içində də, dışında da ölkə siyasətinin dinə qarşı olduğu söyləntiləri gəzir. Bu isə gələcəkdə ölkəmizə qarşı təpkilərin artması nədəni ola bilər, dışarı güclər bundan ortalığı qarışdırmaq üçün qullaya (istifadə edə) bilərlər. Ölkə məmurlarının bu qonuda gileylənməsinin özülündə bu problemlər durub. Nə qədər ölkə-din alanında köklü dəyişikliklər edilməyib, dışarıdan etkilər qalacaqdır.

Nə etməli?

İlk olaraq, ölkə-din ilişkilərinə baxışları dəyişmək, Sovet düşüncəsindən aralanmaq gərəkdir. Din toplumun bir parçasıdır, ondan ayrılmazdır, onun mədəniyyətinin və mənəviyyatının özülündə duran bir amildir. Dini, din adamlarını dindarlar adlandıraraq, onların ölkədən ayrı olsası onlara qarşı bir ədalətsizlikdir, çünki onlar da yürddaşlardırlar. Nə üçün onlar ölkə işlərində öz sözlərini deməsinlər? Bu Azərbaycanın demokratik prinsiplərlə getdiyi deklarasiyalarına uyuşmur, ölkə yurddaşlarının böyük biq qisminin toplumdan aralanmalarına gətirib çıxarır.

Beləliklə, laikliyə bağlı olması sözlərdən çəkinməli, dinin ayrılmasına yol verilməməlidir. Ölkə nə dini, nə də laik olmalıdır. Çünki hər iki yana əyinti bir çeşid yurddaşların başqalarına görə aşağılaması deməkdir. Ölkə qanunları amacauyğunluq və elin razılığı əsasında qurulmalıdır. Orada dini yasaların da, laikliyin də əlamətləri ola bilər.

Qismən də olsa dini yasavericiliyə yol verilməlidir. Çünki bunu istəyən yürddaşlar vardır. Örnək üçün kəbin, vəsiyyət, miras kimi hüquqi sorunların çözülməsini şəriət yarğılarını (məhkəmələrini) qurub, onlarda çözmək olar. Deməli bunu istəyən oraya, istəməyən isə laik yarğılara gedə bilərlər. Bununla bərabər, laik və dini qanunların bir-birinə yaxınlaşdırması prosesinə də başlanılmalıdır. Bu olanaqlıdır, onların hər ikisi oğurluq, qarət, öldürmə kimi suçlara (cinayətlərə) qarşıdırlar.

Burada çızığı aşma cəzalarının (əl kəsmə ya da əxlaqsızlığa görə daşqalaq etmə kimi) uyğulanıb-uyqulanmaması sorusu yaranır. Bu kimi qanunların uyqulanması, bir çox amillərə görə, amacauyğun olmayan kimi dəyərləndirilməli, uyqulanmamalıdır. Bu da bir çox uyqulanmayan dini qanunlarla olan paralellərlə anlaşdırılmalıdır. Örnək üçün kölələrə aid olan din qanunları uyqulanmamadığı kimi, hədd cəzalarını da uyqulamamaq olar.

Öyrətim (təhsil) sistemi də yenidən qurulmalıdır. Laik oxullarla paralel olaraq, dini yönümlü oxullar da olmalıdır. Onların arasında oxutma proqramlarının arasında ayrılıqlar olmamalıdır. Yalnız dini dərslərin keçilməsinə dini yönümlü oxullarda daha çox yer verilməlidir.

Bütün bu sorunlar üzrə toplumda dartışmalar aparılmalı, sosioloji sorğular keçirilməlidir. Bunun üçün toplum açıq olmalıdır.

Eyni zamanda laik dünyagörüşlü yurddaşların hüquqları gözlənilməli, onların dini ehkamçılığa zorla çəkilməsi yasa ilə yasaq edilməlidir. Laik və dini yönümlü partiyar yönətimə (hakimiyyətə) gəlsələr belə, yasaları dəyişə bilməz. Bunun üçün işlək olan yolları araşdırılıb tapılmalıdır. Türkiyənin örnəyindən də alıntılar ola bilər. Çünki onlar bu yolda irəliləmişdirlər.

Müsəlman olmayanların da hüquqları yuxarıda göstərilən kimi güdülməli, onların da eşit (bərabər) hüquqlu yurddaşlar olması imkanları verilməlidir. Bir dindən başqasına keçmək də vicdan özgürlüyünə uyğun olaraq etiraf edilib, normal qarşılanmalıdır.

Bununla belə, laikliyin də gəlişməsinə, millətin bilik səviyyəsinin artırılmasına da yönəlmək gərəkir, çünki dinin payının toplumda ölçüyə uyğun olmalıdır. Bu dini aşırılığın önünü almaq üçun gərəklidir. Fəlsəfi, sosioloji, mədəniyyət yönümlü fənlərə özəl yer verilməli, dinşunaslıq, dinlər tarixi kimi dünyavi fənlərin öyrətimi aparılmalıdır.

Dini fundamentalizə əyintilərinə qarşı bu kimi profilaktik işlər görülməlidir

Beləliklə, dinə və laikliyə, ölkə-din ilişkilərinə yenidən baxılmalı, yeni konsepsiyalar ortalığa qoyulmalıdır. Dəyişən dünyaya, yeni gerçəkliklərə uyuşmaq gərəkdir. Yuxarıda yazılanlar yalnız yazarın öz düşüncələri, öz baxışlarıdır. Bunlar heç də son olan doğruluq kimi dəyərləndirilməməlidir. Bu düşüncələr üzrə dartışılmalar aparılmalı, sorular üzrə düşünülməlidir.Yeni düşüncə ortalığa çıxarılmasa ölkəmizdə ölkə-din, laiklik-dinçilik sorunları üzrə qarşıdurmalar və anlaşılmazlıqlar qaçılmaz olacaqdır və onlar getdikcə artacaqdır. Bütün bunların sonu nə ilə bitəcək indidən demək çox çətindir. Ancaq durumun kəskinləşməməsi üçün indidən çox ciddi yenidənqurma işləri görülməlidir.

Əlavələr

I. Təriflər

Laik (dünyəvi) ölkə - dini qurumlarin ölkə işlərindən ayrılması, qanunların dini deyil, vətəndaş hüququnun üzərində qurulan ölkədir. Bu kimi ölkədə heç bir dinin rəsmi statusu olmur, heç bir dini baxişlar başqalarindan üstün tutulmur. Hər bir kəsin istədiyi inancda olmaq hüququ vardır. Bu inanc ölkə yasalarına ayqırı (zidd) olmasa, ölkə qurumlarının onun seçiminə qarşi yansiz (bitərəf) olmalıdır. Bu qural (qayda) dini qurumlara da yayilir. Buninla belə, laik ölkə dini qurumlara istənilən yardımını edə bilər. Din adamlari da bu ölkənin, inanclarından asılı olmayaraq, eşit hüquqlu yurtdaşlarıdırlar. Laik ölkələrin örnəyi Fransa, Almaniya, Türkiyədir.

Ateist ölkəsi - dinə qarşı çağırışların rəsmi qurumlar tərəfindən düzənləndiyi, din adamları ilə inanclıların yasaq etdiyi ölkədir. Örnək Albaniya olmuşdür.

Teokratik ölkə - dini qurumlar tərəfindən yönətilən ölkədir. Bu kimi ölkələrdə bütün siyasi, iqtisadi və toplumsal sorunlar Tanrı yasaları ilə çözülür. Teokratik ölkələrdə din adamları ölkə yaşamının bütün alanlarına çözücü etki edirlər. Bu kimi ölkədə hansısa bir dinin üstünlüyü olur. Başqa inanclar yasaq, ya da aşağılanmış durumda ola bilər. Teokratik quruluşun örnəyi Vatikandır.

Klerikal ölkə - dini qurumların rəsmi ölkə orqanlarının araçılığı ilə toplumun yaşamına etki edən ölkələrdir. Buna örnək çağdaş İrandır. Orada dünyəvi orqanlardan başqa dini başçı vardır.

Qarışıq ölkələr Laiq və teokratik ölkələrinin elementlərini özündə birləşdirrən ölkələr. Bu durumda əyim laiqliyə ya da teokrayiyaya ola bilər. Örnək İsraildir.

II. Azərbaycanda yasalarla verilən qərarların ayqırılıqlarının örnəkləri

Dini konsepsiyaların və strategiyaların olmamasina, toplumda bu qonuda heç bir pluralizmə yol verilmədiyinə görə, dini qonularda olan yasalarla ayrı-ayrı qurumlarin göstərişləri ayqiriliqdadırlar. Buna bir neçə örnək:

Örnək 1 . Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununkakı bu ilkəsini göstərmək olar: Ata-ana ya da onlarn yerinə olan kəslər, qarşılıqlı razılığa duraraq, uşaqlarını özlərinin dini inancları ilə dinə ilgisinə uyğun olaraq tərbiyə edə bilərlər. (1 fəsil. Ümumi müddəalar. Maddə 1. Dini etiqad azadlığı).

Başqa yandan isə Öyrətim baxınlığı qızlara başı örtük oxullardakı dərslərə gəlməyi yasaqlamışdır. Ata-ana istədiyi inancda uşaqlarını tərbiyə edə bilərlərsə, deməli o uşaqlar baş örtüyünü geyib oxullara gələ bilərlər. Belə olanda Öyrətim baxanlığının göstərişi Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa ayqırıdır.

Örnək 2 . Bir din və dini qurum üçün başqasına nisbətən hər hansı üstünlük ya da çərçivələr qoyulmasına yol verilmir ( I Fəsil. Ümumi müddəalar. Maddə 5. Dövlət və dini qurumlar) .

Yenə də Öyrətyim baxanlığının qız örtüklərini oxullarda yasaq edən göstərişi bu ilkəyə ayqırıdır. Çünki bir dini toplumun gərəkli olan ehkamını oxullarda yasaqlamaq, onun başqalarına görə aşağılanması deməkdir.

 


Сайт управляется системой uCoz
Сайт управляется системой uCoz