Aydın Əlizadə

Şumer və Akkad tarixi

Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çaylarin və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığin, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yollari kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit [1] dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir. Hal-hazırda bu ərazinin böyük hissəsi İraq dövlətinin, şimalda az bir hissə isə Türkiyənin tərkibinə daxildir. Qədim zamanlarda isə burada bir neçə dövlət mövcud olmuşdur: Sümer, Akkad,  və Babilistan. Daha sonra bu ərazilər Assuriya və İran imperiyalarının tərkibinə qatılmışdır.

Bəzi alimlər hesab edirlər ki, ilk insanlar Mesopotamiyanın ərazisində təxminən ‘eramızdan əvvəl’ [2] XXX-cu minillikdən yaşamağa başlamışdırlar.  E.ə. VII-VI minilliklər ərzində Mesopotamiyada ibtidai icma quruluşunun dağılması prosesi başlanmışdı. E. ə. IV minillikdən başlayaraq, onun cənub hissəsində, yəni İran (Ərəb) körfəzi yaxinlığında, sümer xalqı məskunlaşmışdı.Onlar özlərini “Sag-Giq” adlandırırdılar. Məlumdur ki, bu xalq dünyanın ən qədim inkişaf etmiş xalqı olmuşdur və yüksək mədəniyyət yarada bilmişdir.

Uruk şədərinin xarabalığında tapılmış böyük güldan. E.ə. 3500-cü illlər. Bağdad müzeyi.

Sümerlərin mənşəyi haqqında müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi alimlər hesab edirdilər ki, bu xalq Orta Asiyadan Mesopotamiya ərazisinə gəlmişdir. Başqaları isə onların Qafqazdan, Hindistanan, hətta İndoneziyadan gəldiklərini iddia edirdilər. Lakin onların Orta Asiyanın dağlıq ərazilərindən gəldikləri fərziyyəsi daha da məntiqli görsənir. Buna dəlillərdən biri kimi, sümer tapınaqlarının (məbədlərinin) süni düzəldilmiş yüksəkliklərdə tikilməsini göstərirlər. Bu adət yalnız dağlarda yaşayan xalqlara xas olan xüsusiyyətdir.

Sümerlərin yazılı ədəbiyyatının bizim zamanəmizə qədər çatması səbəbindən, onların dili müasir tədqiqatçılara məlumdur. Lakin bu dilin

müasir xalqlardan hansının dilinə daha da çox bənzəməsi məsələsi hələ də mübahisə obyekti olaraq qalmaqdadır. Onun sami [3] dillərinə yaxın olması fərziyyələri öz təsdiqini tapmamışdır. Bu fikri dəstəkləyən alimlər tədqiqatlar zamanı sonda belə qərara qəlmişdilər ki, sümer dilinin hansısa başqa kökləri vardır. Bəzi alimlər onların dilinin hind-avropa dillərinə yaxın olduğunu iddia edir. Başqa alimlər sümer dilinin qədim türk dilinə yaxın olması fikirini dəstəkləmişdilər və buna dair bəzi dəlillərlə çıxış etmişdilər. Buna dair dəlillərlə ilk dəfə XIX-cu əsrin ortalarında məşhur ingilis şərqşünası Henri Kresvik Raulinson çıxış etmişdir. Doğrudan da, qədim sümer yazılarında bəzi sözlərin türk sözlərinə bənzəməsi faktı aşkarlanmışdı. Məsələn, tir (diri), yüzü (üzmək), eştu (eşitmək), kir (yer), dingir (tenqri, tanrı), ud (od), uzuk (uzun) gen (gen) və s. Sümerlər Dingir adında tanrıya ibadət və Ultaq (bəlkə də ulu daq) simvollarına pərəstiş edirdilər.

Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, sümer xalqı yüksək mədəniyyətə malik olan xalq olmuşdur. Onların çoxlu sayda hərbi savaşların aparması haqqında biliklərimiz vardır. Bu savaşlar zamanı onların əlinə çoxlu sayda hərbi əsir keçirdi. O dövrün qanunlarına uyğun olaraq, onlar qul olurdular.

Uruk şədərinin xarabalığında tapılmış qadın başı. E.ə. 3300-3000-ci illər. Bağdad müzeyi.

 Qullar müxtəlif sahələrdə çalışırdılar və ən ağır işlərə də cəlb olunurdular. Beləliklə sümerlər ölkələrində quldarlıq cəmiyyəti qurmuşdular. Qul əməyindən istifadə edərək, onlar böyük şəhərlər salmış, əzəmətli saraylar, suvarma sistemləri yaratmışdılar. Sümerlər inşaat işlərində qil kərpicdən, dəmir və bürünc alətlərdən istifadə edirdilər. Bundan başqa, sümer ustaları tökmə, lehimləmə, pərçimləmə sənətlərinə də yiyələnmişdilər; qızıl, gümüş və misdən zinət əşyaları düzəldirdilər. Sümerdə tacirlər zümrəsi və peşəkar ticarət sənəti də ilk dəfə meydana gəlmişdir və ticarət əməliyyatlarında artıq qümüş və mis hesablaşma ölçülərindən də istifadə edirdilər. Onlar həmdə ticarəti xarici dövlətlərlə aparmşdılar. Bəşəriyyət tarixində burada ilk dəfə məhkəmə

sistemi və təbabət yaradılmışdır. Hesab olunur ki, təkəri və ilk nəqliyyət vasitələrini (arabaları) də onlar yaratmışdılar.
Sümerlər astronomiya və riyaziyyat elmlərinin təməlini qoymuşdurlar və bu sahələrdə çox dəqiq hesablamalar aparmışdırlar.

Yuxarıda qeyd olunduğu kimi, sümer yazıları bizim zamımıza qədər çatmışdır. Onlar bəşəriyyətin ən qədim yazı nümunələridir. Qədim şümerlərin müəyyən sözləri və yə cümlələri işarələrlə gil və ya daş lövhələri üzərində cızılmışdır. Bu işarələrin paz şəkilli olduğuna görə, cızılmış yazılara pazlı yazı deyilir. İşarələr isə idioqrammalar deyilir. Ümumiyyənlə bu cür cızılmış yazı üslubu qədim zamanlarda Yaxın Şərq xalqları arasında, Misirdə, Çində və başqa yerlərdə də yayılmışdır. İdioqrammaların oxunması mümkün olandan sonra, məlum olmuşdur ki, onlar eyni zamanda hecaları da ifadə edirdilər. Məsələn  “ayaq” sözü sümer dilində “du”dur. Buna görə də “ayaq” şəkilli idioqramma sonraki dövrlərdə “du-“

Sümerlərin gil lövhəsi üzərində həkk olunmuş pazlı yazı nümunəsi. Uruk şəhərinin xarabalığında tapılmışdır. E.ə. 3100–2900-cu illər. Metropolitan incəsənət muzeyi, Nyu-York.

hecasını ifadə edirdi və artıq başqa sözlərin yazılışında da istifadə olunurdu.

Sümerdə – Eredu, Ur, Larsa, Uruk, Laqaş, Umma, Şuruppaq, İsin, Nippur və Kiş - kimi sıra böyük müstəqil şəhərlər olmuşdur. İlkin dövrlərdə onlar “ensi” adlanan kahinlər tərəfindən idarə olunurdu. Bütün Mesopotamyaya hakim olan krala ise "lugal" deyilirdi. Sonrakı dövrlərdə isə hər iki söz “hökmdar” mənasında işlənirdi, və bəzi şəhərləri ‘luqal’lar, bəzilərini isə ‘ensi’lər idarə edirdilər. Şəhər ərazisindəki torpaqların bir hissəsi sakinlərin, qalan hissəsi isə kahinlərin nəzrində olan məbədlərə məxsus olmuşdur.

Sümer şəhərləri arasında şiddətli çəkişmələr və savaşlar baş verirdi. Bir-birinin ardınca, əvvəlcə Kiş, sonra 
Uruk,daha sonra isə Ur şəhərlərinin siyasi, iqtisadi və hərbi nüfuzu artmış, lakin sonra onların çökmüşdürlər. 
E.ə. XXVII-XXVIII-ci əsrlərdə Uruk şəhərinin hökmdarı Bilqameş güclənmişdir, və Sümerin böyük ərazisinə 
nəzarət edirdi. Təxminən yüz ildən sonra Laqaş şəhərinin hökmdarı Eannatum Sümer ölkəsinin əksəriyyətini 
öz hakimiyyətinə tabe etmişdir.
Uruk şəhərinin

xarabalıqları

Lakin ardı arası kəsilməyən savaşlar və daxili çəkişmələr sümerliləri zəyiflətmiş və sonda onlar Akkad dövləti tərəfindən istila edilmişdir. Lakin bundan sonra da bəzi sümer şəhərləri müstəqil olmuşdurlar. Məsələn e.ə. XXII-ci əsrdə Laqaş və Ur şəhərəri yenə də böyük nüfuz qazanmışdır. Lakin bundan sonra sümer mədəniyyəti və xalqı tarixi səhnədən silinib getti, əzəmətli şəhərləri isə xarabalıqlara çevrildi. Lakin onların bütün sahələrdə olan nailiyyətləri gələcək tarixə, dünya mədəniyyətinə və elminə böyük təsir göstərmişdir. Hesab olunur ki, sümerlərin əksəriyyəti akkadlarla qarışmışdır. Sümerlərin türk mənşəli olduğunu iddia edən alimlər hesab edirlər ki, qonşu xalqlarla saysız hesabsız savaşlara tab gətirməyərək, bu xalq yenidən Asiyaya köç etdi və türk millətləri onlardan yaranmışdırlar.

Akkad dövlətinin yaradıcısı I Şarrumken olmuşdur. O, e.ə. 2316-2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə ilahə İştarın himayəçiliyinin nəticəsində) Şarrumken çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir. Burada Şarrumken güclü ordu quruculuğunu həyata keçirməyə başlamışdır. Bir qədər vaxt sonra, onun ordusu reqionun ən güclü ordusuna çevrilmişdir.

Hərbi üstünlük əldə edəndən sonra, Şarrumken qonşularına qarşı savaşa başlamışdır. O əvvəl Mesopotamiyanın şimalını özünə tabe etmiş, sonra isə Uruk şəhərinin çarı Luqalzaqesi ilə müharibəyə başlamışdır. E.ə. 2312-ci ildə onu məğlub edərək, şəhəri ələ keçirmiş və Luqalzaqesini edam edilmişdir. Sonra Şarrumken sümer çarlarına qarşı savaşı davam edərək, Umma və Laqaş şəhərlərini ələ keçirmiş, və İran körfəzinə qədər irəliləmişdir. Beləliklə, bu savaşlar nəticəsində bütün Mesopotamiya Şarrumkenə tabe oldu və onun yaratdığı böyük və qüdrətli dövlət Akkad adlandırılmışdır. Daha sonra Şarrumkenin ordusu elamlılara [4] qarşı hücuma keçərək, Susa şəhərini də ələ keçirmişdir. E.ə. 2306-cı ildə isə o, Suriya istiqamətində irəliləyərək, Aralıq dənizinin sahillərinə çıxmış, oradan isə Kiçik Asiya yarımadasına da hücum etmişdir. Bu istilalar nəticəsində Akkad faktiki olaraq tarixdə ilk imperiyaya [5] çevrilmişdir.

Şarrumkenin dövründə ictimai həyatın müxtəlif sahələrində böyük nailiyyətlər əldə edilmişdir: imperiyanın mərkəzlərində yollar və limanlar inşa edilmiş; vahid ölçmə və çəki ölçüləri tətbiq edilmiş; yeni suvarma sistemlərindən istifadə edilmiş; daxili və xarici ticarət inkişaf etdirilmişdir.

Lakin Şarrumken hakimiyyətinin sonunda imperiyada parçalanma meylləri müşahidə başlamışdır. Bəzi şəhərlər artıq ona tabe olmaqdan imtina etmişdirlər. Parçalanmanın qarşısını almaq üçün Şarrumkenin varisi çar Rimuş o şəhərlərə qarşı ordu yeritmişdir. Bunun nəticəsinda Umma, Adaba, Laqaş və Dera şəhərləri alınmış və üsyanlar yatırılmışdır. Lakin Rimuş saray çevrilişi nəticəsində öldürülmüş və onun qardaşı Maniştusu çarlığa gətirilmişdir.0 Lakin az sonra o da öldürülmüşdür. Sümer və Akkad çarlarının hakimiyyəti hərbiçilərin, zadəganların və dövlət məmurlarının nüfuzuna arxalanırdı. Hakimiyyət dirəklərindən biri də kahin zümrəsi olmuşdur. Akkad kahinləri çarlara dəstək vermiş, onların İştar ilahəsinin himayəsində olduğunu iddia edirdilər. Kahinlər çarların özlərini də ilahələşdirirdilər.


Maniştusudan sonra çarlığa Naram-Suen çox güclü hökmdar olmuşdur. O E.ə. 2236-2200 illərdə ölkəyə başçılıq etmiş və Akkadı əhatə edən müxtəlif dövlətlərlə və tayfalarla savaşlar apararaq onları məğlub etmişdir. Naram-Sueni kahinlər Akkadın tanrısı elan etmişdilər. Lakin sonda onun kahinlər zümrəsi ilə daxili qarşıdurmaları olmuşdur. Bundan başqa xaricdən quti tayfaların [6] ölkəyə hücumları şiddətlənmişdir.

Naram-Suendən sonra çar olmuş Şarkalişarri bu hücumların qarşısını çox böyük çətinliklə ala bilmişdi. Lakin bu uğur müvəqqəti olmuşdur. Az sonra, qutilər Akkad dövlətinə sarsıdıcı zərbələr endirdilər və onu tarixi səhnədən sildilər. Qutilər bütün ölkəni qarət etdilər; məbədləri və şəhərləri dağıtdılar; əhalinin bir hissəsini əsirliyə apardılar, başqalarını isə vergi ödəməyə məcbur etdirdilər. Lakin qutilər Mesopotamiyada qalmadılar, bir qədər vaxt sonra oradan getdilər. Ölkənin idarəçiliyini isə özlərinin sümer və akkadlardan təyin etdiyi canişinlərinə. tapşırdılar. Mesopotamiya əhalisi isə işğalçılara ağır vergilər verməkdə davam edirdi. Bu arada 20 il ərzində Sümerin Lagaş şəhərinin ‘ensi’si (hökmdarı) olan Qudea, orada büyük miqyaslı bərpa və quruculuq işləri aparmışdır.

Bəzi pazlı yazı işarələrin mənaları

Beləliklə, Sümer və Akkad 125 ilə yaxın qutilərin canişinləri tərəfindən idarə edildi. Sonra işğalçılara qarşı böyük üsyanlar başladı. Uruk şəhərinin ‘ensi’si Utuhenqal e.ə. 2109-cu ildə qutilərin ordusunu məğlub edib, onların nüfuzuna son qoymuşdu. Bundan sonra e.ə. XXII-XX-ci əsrlər ərzində Sümer və Akkad Ur şəhərinin çarları tərəfindən idarə edilirdi. Bu zaman ölkə yenə də bütün sahələrdə inkişaf edirdi.

Lakin dirçəliş çox çəkmədi. Az sonra müxtəlif köçəri tayfalar yenə də Mesopotamiya ərazisinə basqınlar etdilər.

Şimaldan amurilər, şərqdən isə qutilərlə elamlılar sümerləri və akkadları narahat etməyə başladılar. Eyni zamanda ölkədə daxili vəziyyət də gərginləşmişdi. Xalq kütlələri hakimiyyətdən narazı idilər, qullar artıq yiyələrindən qaçırdılar; ölkədə aclıq və iqtisadi tənəzzül başlamışdır. Şəhər və vilayətlər mərkəzi hakimiyyəti qəbul etmirdilər. Sümer-akkad dövlətçiliyinə sonuncu zərbəni elamlılar vurdular. Onlar Mesopotamiyaya daxil olub, Ur şəhərini dağıtdılar, onun sonuncu çarı İbbi-Sueni (e.ə. 2027-2003) əsirliyə apardılar.  

Mesopotamiya və ətrafında yaşamış xalqlar haqqında qısa məlumat  

Yuxarıda qeyd edildiyi kimi, Mesopotamiyanın şimalında e.ə. III minilliyin birinci yarısından başlayaraq, sami mənşəli tayfalar yaşamışdırlar. Onlar müxtəlif ləhçələrdə danışırdılar. Ən yayılmış ləhçələr: akkad, babil nə assur ləhçələri olmuşdur. Mesopotamiyanın cənubunda isə sümerlər məskunlaşmışdırlar. Lakin sonra, samilər cənuba doğru hərəkət etməyə başladılar. Tədricən  akkad dili sümer dilini bütün sahələrdən sıxışdırıb çıxarmış və e.ə. II-ci minilliyin əvvəlində bu dil artıq ölü dil olmuşdur. Lakin bu dildə bəzi müqəddəs mətnlər yazılırdı. Sami akkadlar sümerlərin zəngin mədəniyyətlərinin varisləri olmuşdurlar. Sümerlərin bir qismi samilərin arasında ərimiş, digər qismi isə Mesopotamiyanı tərk etmişdir.

Eyni zamanda, e.ə. III minillikdə Mesopotamiyaya Suriyanın çöllərindən amurilər adlanan sami tayfaları da köçürdülər. Onlar özlərini “suti” (köçərilər) adlandırırdılar. Onlar müxtəlif ləhcələrdə danışırdılar. III minilliyin sonu və II minilliyin birinci yarısında amurilər Mesopotamiyada bir neçə dövlət yarada bilmişdirlər.

Qədim zamanlarda Mesopotamiyanın şimalında hurri tayfaları da yaşayırdılar. Orada onlar Mitanni dövlətini yaratmışdılar. Sümerlər və akkadlar bu dövləti Subaru adlandırırdılar. Onların milli mənsubiyyətinə dair müxtəlif fərziyyələr vardır. Bəzi alimlər onların şimali Qafqaz xalqları ilə (vaynahlarla) əlaqəsi olduğunu iddia edirlər. Onlara yaxın olan quti tayfaları da bu ərazilərdə e.ə. III minillikdən başlayaraq yaşamışdırlar və e.ə. XXIII-cü əsrdə bütün Mesopotamiyanı istila etmişdirlər. Lakin e.ə. XXII-ci əsrdə qeriyə çəkilməyə məcbur oldular.

Mesopotamiya ərazisinə tez-tez hücumlar edən tayfalardan biri də kassilər olmuşdur (akkadca ’kaşşu’). Onlar İranın qərbində dağlıq ərazilərdə yaşamışdırlar. E.ə. XVI əsrdə kassilər Babilistan çarlığını məğlub edərək, onu idarə etmişdirlər.

E.ə. II-ci minilliyin ikinci yarısında Ərəbistan yarımadasının çimalından Suriyaya və şimali Mesopotamiyaya daha bir sami tayfaları – aramilər köç etməyə başlamışdırlar. Aramilərə mənşə və dil nöqteyi-nəzərindən yaxın olan kəldanilər isə e.ə. IX-cu əsrdən başlayaraq cənubi Mesopotamiyaya basqınlar təşkil edirdilər. Aramilər və kəldanilər bu ərazilərdə bir neçə kiçik dövlətlər yarada bilmişdilər. Aramilər e.ə. I-ci minilliyin əvvəlinə qədər burada hurrilərlə amurilərin çoxusunu öz aralarında əridib, digərlərini isə sıxışdırıb çıxara bilmişdirlər. Bundan sonra Suriya və Mesopotamiyanın şimalında arami dili və yazısı geniş yayılmağa başlamışdı. E.ə. VI əsrdən başlayaraq babillilər də tədricən arami və kəldanilərlə qarışmış, akkad dili isə arami dili ilə əvəz olunmuşdur.

Bundan başqa, Assuriya və Babil çarlıqları dövründə Mesopotamiyaya müxtəlif xalqlar köçürülürdü. Bu proses reqionun etnik mənzərəsini daha da zənginləşdirirdi. Yuxarıda adı çəkilən xalqların (xüsusi ilə sami xalqlarının) dini və mədəniyyəti əksər hallarda sümer və akkadlardan alınmışdı və onları təkrarlayırdı.

İstisna hallarda onların bəzi milli tanrıları sümer-akkad tanrılarına əlavə edilirdi. Məsələn, elamlılar baş tanrı ‘İnşuşinaq’dan başqa digər milli tanrılarını Mesopotamiya tanrılarının adları ilə çağırırdılar: İştar, İnanna, Sin, Şamaş və s.

Hurrilərin dini baxışlarında bəzi özünəməxsus məqamları olmuşdur. Onların tanrıları bir çox hallarda Sümer-akkad tanrılarından fərqli olmuşdur: hər vilayətin (Anadolunun, Mitanninin) öz tanrıları var idi. Lakin baş tanrı Teşub (şimşək tanrısı), onun zövcəsi Hebat və bir neçə başqa tanrılar: Qumarbi, Aştabi, Nubidit və s., hamı tərəfindən tanınırdı. Hurrilərin kosmoqonik və teoqonik əsatirləri

Mesopotamiya əsatirlərinə bənzər olmuşdur. Bundan başqa hurrilər dünyanı üç təbəqəyə bölürdülər: göy, yer və yeraltı dünya. Göydə gənc tanrılar yaşayırlar, yerdə və yeraltı dünyada qədim tanrılar.  



[1] Paleolit (yunanca palaios-qədim lithos-daş) – qədim daş dövrü deməkdir. Bu dövr insanın yaranmasından başlayaraq, təxminən e.ə. 10-cu minilliyə qədər davam etmişdir.  O zamanlar yaşayan qədim insanlar daş, sümük və taxta alətlərdən istifadə edərək, meyvə yığmımı və xırda heyvan ovu ilə məşğul olmuşdular

[2] Bundan sonra bu ifadə ‘e.ə.’ şəklində ixtisarla yazılacaqdır.

[3] Sami xalqları qruppuna bir sıra Yaxən Şərq və Şimali Afrika xalqları daxildir. Bu xalqlar bir birinə irqi, mədəni, dil və s. Cəhətdən yaxındırlar. Ən qədim sami xalqları akkadlar, assurlular, aramilər, kəldanilər və başqaları olmuşdurlar. Müasir zamanda sami xalqları qrupuna ərəblər, yəhudilər, həbəşlər və bəzi başqa xalqlar daxildir.

[4] Elam – Dəclə çayından cənub-şərq istiqamətində yerləşən və İran yaylasının ərazisini əhatə edən qədim dövlətdir (təxminən müasir İranın Luristan və Xusistan vilayətləridir).

[5] Yəni, böyük əraziləri istila etmiş və müxtəlif xalqları özundə birləşdirən dövlət nəzərdə tutulur.

[6] Qutilər – İran yaylasının qərbində yaşayan tayfalar birliyi.