Çoxarvadlılığın tarixiPoliqamiya çoxarvadlılıq nigahın bir formasıdır və İslamda monoqamiya (təkarvadlılıq) ilə bərabər qəbul olunur. Qeyd etmək lazımdır ki, bu, nigahın ən qədim formasıdır. Həmişə mövcud olub və hazırda da, müxtəlif (hətta bəzi qeyri-müsəlman) cəmiyyətlərdə mövcud olmaqdadır. Bütün bunlar ondan xəbər verir ki, poliqamiya yəhudilər arasında normal hal hesab olunub. Lakin X əsrdə Almaniyada yaşayan yəhudi ruhanisi (ravvini) Qerşom Xristianlığın təsiri altında, açıq surətdə poliqamiyaya qadağa qoyub. Bu qadağa yəhudi cəmiyyətində birmənalı qarşılanmadı. Onlardan çoxu (əsasən, islam ölkələrində yaşayan yəhudilər) Qerşomun qadağasını qəbul etmədilər. "1948-ci ildə İzrail hökuməti qurulduqdan sonra, ərəb dünyasından (əsasən Yəməndən) vətəninə qaytarılmış yəhudilər bir neçə arvadla gəlmişdilər. Hökumət olanların nigahlarını qüvvədə saxladı. Lakin yeni, poliqam nigahlara qadağa qoydu" (Teluşkin Y. Yəhudi dünyası. Qüds, 3 hissə, 1997). Daha dolaşıq vəziyyət Xristianlıqda baş verirdi. İsanın ilk davamçıları yəhudi qanunları ilə yaşayırdılar və təbii ki, poliqamiyanı qəbul etmişdilər. Lakin Xristianlığın Roma imperiyasında yayılmasından sonra, nigah qaydaları əhəmiyyətli dəyişikliyə məruz qaldı. Səbəb isə Roma cəmiyyətinin ənənələri ilə İsaya inancın qarışması oldu. Bundan sonra, Xristianlıq təkcə poliqamiyaya yox, ümumilikdə, nigah anlamına birmənalı münasibətdə olmadı. Qeyd etmək lazımdır ki, apostol Pavelin sözü Əhdi-ətiqin nigah haqqındakı bir neçə ayəsi ilə ziddiyyət təşkil edirdi. Bu sözlərin əsasında, sonrakı Xristianlıqda nigahsızlıq, qəlbən Allaha qulluq etmək istəyən insan üçün ən yaxşı həyat tərzi kimi qəbul edilirdi.
III əsrdə, ilkin Xristianlığa məlum olmayan rahiblik аmeydana gəldi. Tamamilə "özünü saxlama" idealı Olimpiyalı Origenus və Mefodius tərəfindən formalaşdı.
Qadın rahibəliyinin və cinsi əlaqədən çəkinmənin əsası isə sonralar, IV əsrdə, İspaniyada yepiskop Pristillian tərəfindən qoyulub.
Bu isə Xristianlıqdakı monoteist ənənələrdənsə, Xristianlıqdan əvvəlki yunan-roma fəlsəfi nəzəriyyəsinə daha çox uyğun idiЕ Hazırki dövrdə poliqam nigaha razılıq yalnız İslam dinində mövcuddur. Məsələ ondadır ki, müsəlman qanunları yalnız Allahın buyruqlarına əsaslanır. Poliqam nigahın Allah tərəfindən ləğvi nə Quranda, nə Tövratda, nə də İncildə var. İslam, cəmiyyətdə insanların gündəlik problemlərin həllində fəal iştirak edən bir dindir. аBununla belə, İslamın mövqeyi özünün reallığı ilə fərqlənir və o, insanların bütün təlabatlarına cavab verir. Nigah və ailə məsələləri də müstəsna deyil. İslam nigahın iki formasına icazə verir: monoqam (təkarvadlılıq) və poliqam (çoxarvadlılıq). Lakin ən geniş yayılmış forması, monoqam nigahdır. Poliqam nigaha isə nadir hallarda rast gəlinir. Belə ki, bunun üçün şəriət tərəfindən əlavə hüquqi qaydalar müəyyən edilmişdir: - Arvadların sayı dörddən çox olmamalıdır: "Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nigah bağlayın!..." (ən-Nisə, 3) - Lakin kişilər arvadlarına qarşı eyni dərəcədə ədalətli ola bilmirlərsə, və yaxud yaxınlaşa bilmirlərsə, onda onlar yalnız bir arvadla kifayətlənməlidirlər. "Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin" (ən-Nisə, 3) - Arvadları ilə eyni zamanda intim yaşama qadağandır. Kişi gərək onların hər birinə ayrıca vaxt ayırsın. Poliqamiya aşağıdakı problemləri (əgər varsa) həll etmək üçün vacibdir: Beləliklə, normal nigah münasibətinə qadir olmayan kişilərin sayı milyonlar təşkil edir. Bəs belə olan təqdirdə normal nigah həyatı yaşamaq istəyən ədəbli qadınlar nə etməlidirlər? Axı onların sayı, yuxarıda göstərilən səbəblərdən milyonlarladır, hətta kişilərin sayından çoxdurЕ Qeyri islami cəmiyyətdə belə hallarda qadınla aşağıdakılar baş verir: İslam isə bütün bu problemlər könüllü poliqamiyanın mümkünlüyü yolu ilə öz həllini tapmağını tövsiyyə edir. Beləliklə, poliqamiyaya icazə verilməsi bu cür zərurətlərdən irəli gəlir. Heç şübhəsiz, bir arvadla ailənin qurulması bizim yaşadığımız zamanda daha normal və təbiidir, və ailənin qurulmasının məqsədi də budur. Bunu Quran da təsdiq edir. Lakin real həyatda hər şey heç də ideal olmur və çoxlu istisnalar mövcuddur. Yuxarıda göstərildiyi kimi bunlar həm obyektiv, həm də subyektiv səbəblərdən baş verə bilər. Bundan başqa hərbir zamanənin və şəraitin öz hökmü vardır. Bəlkə də bəzi cəmiyyətlərdə, müəyyən tarixi məqamlarda poliqamiyaya hətta ehtiyac duyula bilər. Məhz bu hallar üçün buna Quranda icazə verilir, heç də kişinin öz ehtiraslarının təmin edilməsi üçün yox. Kənizlər haqqında Qədimdə qulluq adi bir hal idi. İslam aləmində yalnız döyüş meydanlarından ələ keçirilmiş qadınlar qul ola bilərdilər. Döyüşlərdə iştirak etməyən dinc əhalini köləliyə yönəltmək qadağan olunmuşdu. İslama qədər, döyüş meydanlarında ələ keçirilmiş qadınları vicdan əzabı çəkmədən sadəcə zorlayır, təhqir edir və əsir edirdilər. İlk dəfə olaraq, məhz İslamda belə qadınlara qarşı humanist münasibət formalaşıb. Onlara qarşı təhqirlərə qadağa qoyulub. Kəniz statusu alıblar və hər hansı bir müsəlmana qadın qismində veriliblər. Bu statusda qadın artıq müəyyən hüquqa malik idi. Onu saxlamaq kişinin borcu idi. Onun uşaqları atalarının əmlakından pay ala bilirdilər. Öz sahibindən uşaq doğan kənizin satılması qadağan idi. Kənizin övladı isə artıq azad insan olurdu. Tarixdə heç vaxt döyüş meydanlarından ələ keçirilmiş qadınlara qarşı belə humanist kodeks olmamışdır. Lakin quldarlıq dövrü başa çatandan sonra kənizlik problemi də avtomatik olaraq öz aktuallığını itirdi və müasir zamanda, bəzi istisnaları hesaba almadan, heç yerdə tətbiq olunmur. Niyə Məhəmməd Peyğəmbərin bir neçə arvadı olmuşdur? Məlum olduğu kimi, Məhəmməd Peyğəmbər 15 il yalnız bir arvadla Ц Xədicəylə yaşamış və özünə başqa arvad almamışdır. Lakin onun ölümündən sonra vəziyyət dəyişdi. O, yalnız din təbliğçisi yox, həm də böyük siyasi xadim oldu. Parçalanmış ərəb tayfalarını birləşdirmək və vahid müsəlman dövləti qurmaq məqsədilə müxtəlif addımlar atmaq lazım idi. Bu, eyni zamanda, qədim cəmiyyətdən bəri yüksək əhəmiyyətə malik olan nigaha da aid idi.а Peyğəmbərin yaxın dostu Əbu Bəkr ərəblər arasında hörmətli və nüfuzlu adam idi. O, müsəlman icmasının möhkəmləndirilməsi üçün çox çalışmışdı. Bu səbəbdən, qızı Ayişənin Peyğəmbərlə nigahı həm özü, həm peyğəmbər, həm də bütün müsəlmanlar üçün sərfəli idiЕ Məhəmməd Peyğəmbərin müsəlman icmasının liderlərindən biri olan Ömər ibn Xəttabın qızı Xəfsa ilə nigahı da siyasi məqsəd daşıyırdı. Bu nigah, müsəlman cəmiyyətinin daha da möhkəmləndirilməsinə və Məhəmməd Peyğəmbərlə Ömərin şəxsi dostluğunun yaranmasına kömək etdi. Məhəmməd Peyğəmbərin digər arvadı, onun düşməni - Məkkə bütpərəstlərinin lideri Əbu Sufyanın qızı Ramla idi. O da, əhəmiyyətli dərəcədə nüfuzlu adam idi. Son nəticədə, Məhəmməd Peyğəmbərin qalibiyyətindən sonra, Əbu Sufyan onun yaxınlarından birinə çevrilmiş və ərəblərin birləşməsi üçün mühüm işlər görmüşdü. Məhəmməd Peyğəmbərin kənizlərindən biri, Misirin bizanslı canişini Mukavkasın hörmət əlaməti olaraq göndərdiyi kopt qızı Məryəm idi. Peyğəmbər, Məryəmlə evlənməklə Misirdə nüfuz qazanmağı düşünürdü. O bilirdi ki, missiyasının qlobal səviyyəyə çıxarılması prosesinin əsasını qoyurЕ Siyasi məqsədlər, Məhəmməd Peyğəmbərin Safiyə ilə nigahında da əsas yer tuturdu. Safiyə yəhudi tayfasının başçısı Banu Nadirin qızı idi və müsəlmanlarla yəhudi tayfaları arasında Heybərdə baş vermiş vuruşmada müsəlman tərəfinə əsir düşmüşdü. Bununla əlaqədar olaraq, nüfuzlu adamın qızı olduğundan onu Peyğəmbərə vermişdilər. Peyğəmbər onu çox yaxşı qarşılamış və ona iki təklif irəli sürmüşdür: ya İslamı qəbul edərək azad müsəlman qadını olmaq, ya da öz evinə geri dönmək. Safiya birinci təklifi qəbul edir. Bu qərardan təsirlənmiş Peyğəmbər ona arvadı olmağı təklif edir. O, eyni zamanda ümüd edirdi ki, regionda yaşayan ааyəhudilər Safiyədən nümunə götürərək müsəlmanlığı qəbul edəcək, ya da bu nigah qarşılıqlı əlaqəni yüngülləşdirəcək. Peyğəmbər bəzi arvadlarını xeyriyyəçilik məqsədilə almışdır. Onun 60 yaşlı Zeynəb bint Xuzayma ilə nigahını buna misal göstərmək olar. O, İslam ideyaları uğrunda Bədr döyüşündə həlak olmuş Übeydə ibn Xarisın arvadı idi. Ərinin ölümündən sonra o, gələcək taleyinin necə olacağından qorxurdu. Buna görə də, Peyğəmbər onunla evlənərək himayədarlıq etmişdir. |