Fitri əxlaq varmı?

17 aprel 2013

Mamed Haciyev (M.A.): Aydın qardaş əxlaqla adət fərqli şeylədi.Bular ayrı-ayri anlayıslardı. Adətlər dəyişə bilər, ancaq əxlaq dəyişə bilməz. Basqasının haqqına girmək min il bundan öncə da oğurluq idi, indi də elədir, sonra da elə olacaq.

Aydın Əlizadə (A. A.): Dediyiniz mütləq deyil. Örnək üçün bir çox toplumlar oğurluq, qarət və s. işləri normal sayırlar başqalarına qarşı. Örnək üçün bir gəbilə başqa qəbiləni qarət edə bilər və bu onların əxlaqına uyğundur.

M.A.: Bu adətdi. Ona görə də bir zaman içində dogru ola bilər. Ancaq bəşəri düşüncəsində, sağlam düşüncədə bu iş əxlaqi sayıla bilməz. Həmdə insan deformasiya olandan sonra istədiyi şeyi ölcu hesab edə bilər özü üçün. Fitri əxlaq müstəvisində dəyərləndirmə tam basqadır.

A. A.: Qarətlə məsələn indiki Şiimali Qafqazdan olan qruplar, Somali, Sudan, Mali kimi ölkələrdə hətta dinə bağlı olan qruplar məşğul olur. Sadəcə onlar qarşı tərəfi kafir elan edərək mallarını halal bilir. Ya da çeçenlər, ərəblər və s. rusların, amerikanların iqtisadiyyətinə ziyan vuranda bunu halal edənlər var. Deyirlər kafirləri zəyiflədirlər. Yəni bu anlayışlar da nisbidir.
Fitri əxlaq nədir? Məsələn 3 aydan bir, bir kişiyə siğə olan qadını bizim adamlar əxlaqsız adlandırar, halbuki şəriətə görə doğrudur. Gördüyünüz kimi bu da nisbidir.

M.A.: siz dedikləriniz o qrupların anlayışında hansısa bir kriteriya ola bilər. Ancaq onların anlayışlarının həqiqət olub olmaması arasdırılmalıdır. Bu gün bəşəri əxlaqı deformasiya edən sistemlər, mexanizmlər var. Biz fitri əxlaqdan danışırıq. O əxlaqdan ki, pozulmasa orada her sey oz dəyərini yerində, duzgun tapir. Dediyiniz kimi, kimlərsə oz primitiv yanasması ilə istədiyinə əxlaq və ya əxlaqsiz damğasi vura biler. Ancaq onların dediklərini dogurdanmı fitri əxlaq qebul edir? Bu tam basqa movzudur ve ayrıca zaman lazımdır ki, bunu analiz edək.

A. A.: Hər halda fitri əxlaq haqqında bütün dedikləriniz mücərrəddir. Onlar barəsində heç bir tərif yoxdur. Ona görə də fitri əxlaq bir idealdır. Reallıqda isə onu kim neçə istəyir, o kimi də tətbiq edir.