Azərbaycanın SSR-nin ən gənc nazirlərindən biri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatı olmuşdur. Bu dövrdə Azərbaycan QBİİ yanında işçi fakültəsində təhsilini davam etdirir. |
1931-ci ildə Pəri Həsənzadə ilə ailə həyatı qurur. Pəri Həsənzadə 1923-1926-ci illərdə Azərbaycan Yerli Müsavat Partiyasının başkanı olmuş doktor Dadaş Həsənzadənin (Həsənovun) bacısıdır. Bu izdivacdan onların 1 qız və 2 oğlan ovladı olmuşdur.
1933-cü ildə Ümümittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri təyin olunur.
1933-34-cü illərdə Moskvada yüngül sənaye nazirliyinin rəhbər işçilərinin ixtisasartırma kurslarını bitirir.
1936-cı ildə SSRI Ali Sovetinin Birinci Cağırışının deputatı seçilir.
1937-ci ildə əvvəl Xalq Yüngül Sənaye Komissarının (Nazirinin) müavini vəzifəsinə daha sonra Xalq Yüngül Sənaye Komissarı (Naziri) vəzifəsinə təyin olunur.
1938-ci ilin əvvəlində həbs olunur və Moskvanın Butırka həbsxanasında saxlanılır.
1939-cu ilin aprelində Moskvadan Bakıya gətirilir, 1942-ci ilin mayında Şimali Qazaxstana sürgün olunur. 1955-ci ilə qədər orada Karaganda vilayətinin Yegindi-Bulak qəsəbəsinin Koyandin Maşın-Traktor Stansiyasında (MTS) sürgün həyatı yaşayır. Orada həmdə aqronom vəzifəsində işləmişdir.
1955-ci ildə Sovet Höküməti tərəfindən tam bəraət alır və 1955-ci ilin noyabrında 18 illik sürgün həyatından sonra Bakıya dönür.
1956-cı ildə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsiinin (Azplodovoşprom) sədri vəzifəsinə təyin olunur.
1959-cu ildən təqaüdə çıxana qədər Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin (Azerbyuvelirtorq) sədri vəzifəsində çalışır.
1964-cü ildə təqaüdə çıxır. Respublukanın fəxri təqaüdçüsü idi.
İskəndər Əli oğlu Əliyev 1972-ci ilin dekabr ayında Bakı şəhərində vəfat etmişdir.
Uşaqları:
Əliyeva (Məmmədova) Rəna İskəndər qızı (1932-nci ildə Bakıda anadan olmuşdur) - Tibb Elmləri Namizədidir. Hazırda Türkiyədə yaşayır.
Əliyev Fuad İskəndər oğlu (1935- 1953) - Tibb Universitetinə qəbul imtahanları zamanı yatalaq xəstəliyindən vəfat etmışdir.
Əliyev Arif İskəndər oğlu (1937-1988) – iqtisadçı idi. 1988-ci ilin oktyabr ayında qəflətən vəfat etmişdir.
İsgəndər Əliyevin 1930-cu illərdə çəkdirdiyi şəkili.
SSRİ Ali Sovetinin I çağırış deputatları (Millətlər palatası). Azərbaycanlı deputat İskəndər Əliyev 3-cü cərgədə soldan birincidir. Birinci cərgədə Sovet İttifaqının başçılarıdır: Beriya, Mikoyan, Andreev, Molotov, Kalinin, Voroşilov, Stalin, Kaqanoviç, Yejov, Şvernik.
İsgəndər Əliyev reabilitasiyadan sonra başqa bəraət qazananlarla birlikdə (soldan birincidir).
İsgəndər Əliyev oğlu Ariflə Soçidə, 1958 il.