1937-ci ildə Bakı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası İsgəndər Əliyev, anası Pəri Əliyevadır. Atasının həbsi ilə əlaqədar ailəsi təqib olunduğuna görə Bakıdan Bərdə şəhərinə anası ilə birlikdə köçmüş və ibtidai təhsilini Bərdə şəhər məktəbində almışdır. 1953-cü ildə Stalinin ölümündən sonra ailəsi ilə birlikdə Bakıya qayıtmışdır. Burada 1956-cı ildə fəhlə-gənclər məktəbini gümüş fərqlənmə medalı ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutun "Sənayenin İqtisadiyyatı" fakültəsini bitirmişdir. İkinci təhsilini 1969-70-ci illərdə Moskvada Q. V. Plexanov adına Xalq Təsərrüfatı institutunun Sənaye istehsalının planlaşdırılması fakültəsində "Sənaye istehsalının təşkilatçısı" ixtisası üzrə almışdır. Sumqayıt Şüşə zavodunun müdir müavini (1965-67), Nazirlər Soveti yanında Qaz Sənayesinin Baş İdarəsində (Qlavqaz) iqtisadçı-mühəndis (1968-72) və Bakı Tekstil fabrikinin müdiri (1972-74) vəzifələrində çalışmışdır. Sonuncu iş yeri Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi Nazirliyində olmuşdur. Orada o "Əmək və əməkhaqqı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Sonra səhhətinindəki problemlərlə əlaqədar müdir müavini vəzifəsinə keçmişdir. 1988-ci ilin oktyabr ayında vəfat etmişdir. Ailəsi: Həyat yoldaşı: Sevil Abutalıb qızı Əliyeva (1938-ci ildə doğulmuşdur) biologiya elmləri namizədidir. 1964-cü ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində "Ali bitkilərin sistematikası" kafedrasında işləyir. Biologiya elmləri namizədi, dosentdir. |
Arif Əliyev həyat yoldaşı Sevil Əliyeva ilə. 1963 il.