Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev) — Azərbaycan fəlsəfə tarixçisi, mədəniyyətşünası, polemisti, dinşünası, tarixçisi, yazıçısı.
1963-cü ilin 21 oktyabrında Bakı şəhərində doğulmuşdur. İskəndər Əliyevin və Abutalıb Abdullayevin nəvəsidir. 1980-ci ildə orta məktəbi bitirəndən sonra Azərbaycan İnşaat Mühəndisləri institutununda təhsilini davam etdirmişdir. 1981-83-cü illərdə SSRİ Hərbi Dəniz Donanmasında qulluq etmiş, matros olmuşdur. Hərbi qulluqdan qayıdandan sonra, həmin institutda təhsilini davam etdirərək, 1988-ci ildə onu bitirmişdir. dəricat[gizlə]İstehsalatda fəaliyyəti1983-2000-ci illərdə Bakı İstehsalat Qaz idarəsində fəhlə, çilingər, sonra mühəndis, növbə rəisi (1985-1993), və sahə rəisi (1993-1998) vəzifələrində işləmişdir.
Elmi fəaliyyətiElmi fəaliyyəti 1997—2000-ci illərdən başlamışdır. O zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun dissertantı olmuş, 2001-ci ildə isə “fəlsəfə tarixi” indeksi üzrə dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri namizədi, 2008-ci ildə isə ikinci dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru adını almışdır. 2003-cü ildən başlayaraq bu günə kimi AMEA Fəlsəfə institutunda çalışır. Elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Hazırda həmin institutun "Sosiologiya" şöbəsinin baş elmi işçisidir. Fəlsəfə institutunun ictimai elmlər üzrə dissertasiya şurasının üzvüdür. Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin) məqalələrin və tərcümələrin müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur. Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər. Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir. İlk dəfə olaraq Gizli Müsavatın (1923—1927) tarixini və “Sağ-trotskiçi ehtiyat mərkəzinin əksingilabi milliyətçi təşkilatının” (1938—1956) repressiya işini araşdırmışdır. Metodoloji baxımdan yeniliyi elmi fəaliyyətinin İnternetin forumlarında və sosial şəbəkələrində apardığı polemika ilə uyğunlaşdırılmasındadır. Elmi fəaliyyətinin əsəs istiqamətləri: Fəlsəfə tarixi, dinşünaslıq, tarix və mədəniyyətşünaslıqdır.Müəllimlik fəaliyyəti2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə dərslər aparmışdır. 2008-ci ildə dosent adını almışdır. İctimai fəaliyyətiİctimai çıxışları, müsahibələri və KİV-lərdə məqalələri ilə tanınmışdır. İnternetdə fəalliyyəti1999—2008-ci illərdə İnternet forumlarında teoloji mübahisələr aparmışdır, bunun nəticəsində polemik və apologetik[1] əsərlər yazmış, gələcəkdə Samara məhkəməsinin qərarı ilə bağlanan sayt yaratmışdır. Bu mübahisələr zamanı dini islahatçığa dair fikirlərini ortalığa qoymuşdur[2][3]. Həmin saytın məzmunu və ümumiyyətlə bu sahədə fəallığı Rusiya alimləri tərəfindən araşdırılmış, elmi əsərlərə salınmışdır[4][5][6]. Həmçinin bu istiqamətdəki fəaliyyəti bəzi ilahiyyatçılar və alimlər tərəfindən tənqid edilmişdir. 2010-cu ildən sonra mübahisələri və və ümumi fəaliyyəti əsasən ictimai və millətlərarası münasibətlər mövzuları ətrafında aparmışdır. Həmin ildən başlayaraq bu günə kimi sosial şəbəkələrdə blogerlik və videoblogerlik fəaliyyəti ilə məşğul olur. Həmçinin Vikipediya yazarlarından biridir. Xristian-müsəlman disputunda iştirakıİnternetdə disputları ilə tanınaraq, 2006-cı ildə Moskvanın Turgenyev adına kitabxanasında keçirilən 2-ci xristian-müsəlman disputuna dəvət edilmişdir. Müsəlman tərəfindən əsas məruzəçi İslamı qəbul etmiş keçmiş keşiş Vyaçeslav Polosin idi, xristian tərəfini isə keşiş Daniil Sısoyev təmsil edirdi. Aydın Əlizadə bu disputda V. Polosinin yardımçısı və məsləhətçisi idi. O zaman bu disput Rusiya mətbuatında geniş işıqlanmışdır [7], onun nəticələri haqqında elmi məqalələr yazılmışdır [8]. Samarada məhkəmə işi2008—2009-cu illərdə Aydın Əlizadəyə qarşı Rusiyanın Samara şəhərində məhkəmə işi aparılmışdır. Bu işin səbəbi də 16 mart 2007-ci ildə Samara məscidində onun “Novruz bayramı və İslam qanunları” adlı məqaləsinin yayılması olmuşdur. Məqalənin elmi olmasına baxmayaraq, Samara vilayətinin təhlükəsizlik orqanlarının (FSB-nin) nümayəndələri orada milli və dini ayrıseçkiliyin əlamətlərinin olduğunu iddia etmiş və işi məhkəməyə yollamışdırlar. Məhkəmədə bu işə uzun müddət baxılmış və məsələlərə aydınlıq gətirmək üçün 3 dinşünaslıq ekspertizaları təyin olunmuşdur. Ancaq sonda Aydın Əlizadə bəraət qazanmışdı. Hakimin fikrincə prokuror öz ittihamını əsaslandıra bilməmişdir [9]. Bu məhkəmə işi o zaman Rusiya mətbuatı tərəfindən izlənilirdi [10][11], bu barədə analitik məqalələr yazılmışdır [12]. Aydın Əlizadənin məhkəmə işindən sonra Rusiyada bir neçə il ərzində bir çox müsəlman yayım evlərinə və internet-saytlarına qarşı məhkəmə işləri açılmış, onların bir çoxu ekstremist elan olunmuş, fəaliyyətləri dayandırılmışdır[13]. Bu məhkəmələr silsiləsində Aydın Əlizadənin işi birinci idi. Ədəbi fəaliyyətiSosial şəbəkələrdə etdiyi mübahisələrin əsasında ədəbi-fəlsəfi publisistik yazılar və hekayələr yazmışdır. Yaradıcılığında sarkazm, epataj, ironiya, satira üslublarından geniş istifadə edir. Bu üslubları istifadə edərək elektron yayımlar edir. Təltifləri
İstinadlar:
|